- Mənə bir şey də məlumdur ki, Siz internatda direktor
işləyən zaman kəsiyinin birində işdən azad edilmisiniz və
sonra işdən kənarlaşdırılmağınızın qanunsuz olduğunu sü
but edib, yenidən öz vəzifənizə bərpa olunmuşunuz. Bu
həqiqətənmi belə olub?
- 1986-cı ilin yanvarında RPK-nin birinci katibi Hacı-
balayev vəzifəsindən azad edildi və onun yerinə Ramazan
Bədirov təyin olundu. Və o, vəzifəsinin icrasına başla
yandan bir neçə gün sonra məni yanına çağırıb bildirdi
ki, işdən azad olunmağım barədə ərizə yazım. Razılaş
madım. Onun əlinin üstəki «nakolka»nı görüb dedim.
Necə olur ki, bəzi cinayətkar adamlar kimi əlində
«nakolka» olanın biri yüksək vəzifə postu tuta bilir,
ancaq mənim kimi vəzifəsini düzgün icra edib, peşəsini
bilən, iki ali təhsili olan bir pedaqoq internat direktoru
ola bilmir. O, sözlərimdən alındı və «nakolka»lı əlini
gizlədəsi oldu. Bu söz-söhbətimizdən sonra internata
dəfələrlə yoxlama yolladı. Ancaq heç bir əyər-əskik
tapılmasa da məsələni PK-nin bürosunda müzakirəyə
qoydu və büro üzvlərindən heç biri mənim nə lehimə, nə
də əleyhimə danışmadı.
Buna baxmayaraq, büronun əvvəlcədən yazılıb hazır
lanmış qərarı ilə işdən azad olundum. Mən də qayıdıb
katibə dedim, gec-tez haqlı olduğumu sizə sübut edəcəm.
Əgər mən sizin bu saxta qərarınızı ləğv etdirməsəm heç-
kişi deyiləm.
Bundan bir neçə gün sonra dostum Kərimi müalicə
etdirmək üçün Moskvaya apardım. Və mən «Sosialis-
tiçeskiy industriya» qəzetinin redaksiyasında oldum, iş-
127
____________________________________ Qusar beşiyim тзпип
‘Elbrus Şahm ar
dən qanunsuz azad olunmağım barədə redaksiyaya rəsmi
müraciət etdim. Qəzetin baş redaktoru redaksiyanın mil-
liyyətcə azərbaycanlı olan əməkdaşı Cavanşir Məlikovu
mənimlə tanış etdi. Belə oldu ki, Cavanşir məndən əvvəl
Bakıya gələsi oldu. O, əvvəl Azərbaycan PK МК-da olur
və oranın ikinci bir göstərişi ilə Qusara, mənim işimlə
bağlı araşdırmaya gedir. Mən Qusara qayıdanda orda
görüşdük. Biz birlikdə katibin yanında olduq. O apardığı
araşdırma ilə bağlı fikrini belə ifadə elədi. Zeynəddin
Çələbovun istər pedaqoji işində, istərsə də digər təsər
rüfat işlərində, istərsə də internatda olan nizam-inti
zamda, təlim-tərbiyədə, təhsilin tədrisində heç bir nöqsan
görmədim. Və apardığım araşdırmada o qənaətə gəldim
ki, Zeynəddin Çələbovun fəaliyyəti bir örnək, bir nümu
nə kimi respublikada olan başqa internatlarda da təbliğ
olunmalıdır. Ancaq bir məsələ mənə qaranlıq qaldı, o da
ondan ibarətdir ki, internatda olan təsərrüfat məhsulları
və kəsilən heyvanlar Maarif nazirliyinin deyil, məhz
internatın direktoru Zeynəddin Çələbovun öz əmri, öz
göstərişi və imzası ilə həyata keçirilməsidir. Bu vaxt sanki
katibin çiçəyi çırtladı, bir qədər məmnun halda dedi ki,
artıq burda cinayət var, ona görə də bu işlə prokurorluq
məşğul olmalıdır.
Mən də işimi bilən idim, bilirdim ki, onu mənə irad
tuta bilərlər. Ona görə də SSRİ Maarif nazirliyinin
təlimatını da özümlə götürmüşdüm. Və mən həmin
təlimatı açıb uyğun olan maddəni onlara göstərdim ki,
belə işlər nazirliyin deyil, məhz internat direktorunun
səlahiyyətində olan məsələdi.
Katib işin nə yerdə olduğunu görüb, mənə daha bö
yük bir vəzifə - rayon maarif şöbəsinin müdiri vəzifəsini
128
təklif etdi. Mən də etiraz edib bildirdim ki, mənə böyük
vəzifə lazım deyil, ən azı ona görə ki, siz məni qanunsuz
olaraq işdən azad edəndə mən demişdim ki, sizin qərarı
ləğv etdirib vəzifəmə qayıtmasam heç kişi deyiləm.
Sabahısı gün МК-da olduq, mənim məsələmə orda da
baxıldı və haqlı olaraq rayon PK bürosunun qərarı ləğv
edildi və mən yenidən internatın direktoru vəzifəsinə
təyin olundum.
Katiblə aramızda olan narazılıqdan bir müddət
sonra, o, məndən üzürxahlıq edib dedi ki, işə başlayan
məqamda ona barəmdə düzgün məlumat verməyiblər.
_________________________________ Qusar beşiyim rmnim
129
/
Ä*flVəzifə məhək daşıdır, insanların kamilliyi,
qisliyi burada sınanır.
Mirvarid Dilbazi
.. Haqsız bəraət cinayətdən ağırdır.
f \
Kürd atalar söz,
O' Hökmdar gərək öz sözünün ağası olsun, bildiyiO
Г '
Əmir Teymur
Hakim naqis olsa qanunlarda ədalətsizliyə yol
verilər, ədalətsizlik özünə yol tapdısa, ölkənin
gözəlliyi gedər.
N. Tusi
Xalqın etimadını doğrultmaq, öz şərəfli adım
daim uca tutmaq, hər bir milis (polis) işçisinin
müqəddəs borcu, doğma işidir.
General-leytenant
Arif Heydərov
Mənim sərvətim məndə olanlar deyil, etdiklə
rimdir.
Sokrat
Rahatlıq zəhmətdədir.
Azərbaycan atalar sözı
dövlət yaxşıdır ki, orada natiqlərdən daha çox1
qanuna qulaq asırlar
Xiltoi
i i x - ü x ®
|