I
smdakı meydanda mitinq keçirir və həmin 2 nəfərin
meydini meydançada dəfn etmək istəyirdilər.
Bununla əlaqədar Bakıdan - Prezident aparatından
Hidayət Orucov, Milli Təhlükəsizlik nazirliyindən N a
miq Abbasov və Daxili İşlər nazirliyindən polkovnik
Fətulla Hüseynov da gəlmişdi. Onlar məni yanlarına də
vət etdilər və bildirdilər ki, belə vəziyyətdən bəzi təx
ribatçı qüvvələr də istifadə edə bilər, bu isə daha böyük
hadisələrə gətirib çıxardar.
Belə bir vəziyyətin yaranmaması üçün ola bilsin ki,
tərəfimizdən silah da tətbiq edilsin. Mən onlara qəti ola
raq etirazımı bildirdim və dedim, ümidvaram ki, onların
qarşısında çıxış etsəm məni eşidərlər və hər şey yaxşılıqla
həll olunar.
Ən əvvəl toplantıda olanların arasında olub onlarla
söhbət etdim, onlara iradlarımı bildirdim. Mənə dedilər
ki, müəllim, sən də onların tərəfini saxlayırsan? Dedim,
onların yox, sizlərin, camaatın tərəfini saxlayıram. Deyin
silahınız var? Dedilər ki, yox. Dedim ki, qarşı tərəfdəkilər
dövlətin zor qüvvələridir, özləri də silahlı. Deyirsiniz
qırğın olsun, arvad-uşaq ayaq altında qalsın?
Sonra hamının qarşısında çıxış etdim. Dedim ki,
fitvaya getməyin, çaşmayın, Bakıdan gələnlər dövlət
adamlarıdır, onlar dövlətimizin, dövlətçiliyin, eləcə də
ölkədə sabitliyin qoruyucularıdır. Onlar dövlət adından
söz deyir, dövlət adından hərəkət edir. Bir də hansı
müsəlmanlar yaşayan məmləkətdə görünüb ki, meyidi
meydanda dəfn etsinlər. Axı, belə hərəkətlər islamda gü-
nahdı. Gəlin qanunlarımıza hörmət edək, islam qay
dalarına əməl edək.
'Elbrus Ş a fu m r
______________________________________
136
Mənim çıxışım təsirsiz qalmadı, tezliklə meydan bo
şaldı, meyidləri də dəfn etmək üçün kəndə apardılar.
Rəhmətlik Fətulla Hüseynov mənə dedi ki, Zeynəd
din müəllim, belə halın baş verməsi rayon polis rəisinin
səriştəsizliyindən yaranmış, yaxşı ki, siz onun səhvinə
görə baş verə biləcək hadisələrin qarşısını el arasında
olan nüfuzunuzla ala bildiniz. Ona görə çox sağ olun.
Hidayət Orucov da qayıdıb belə bir söz dedi, «mən
inanıram ki, əgər Zeynəddin Çələbov indi rayonda başçı
olsaydı belə bir hadisə baş verməzdi.»
Dostları ilə paylaş: