Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Zeynəddin  müəllim,  yaxın  keçmişə qayıdıb  Sizi  yeni­



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə49/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   45   46   47   48   49   50   51   52   ...   174
-  Zeynəddin  müəllim,  yaxın  keçmişə qayıdıb  Sizi  yeni­
dən  vəzifə  sahibi  eləmək  istəyimdən  belə  bir  sual  vermək 
istəyirəm.  Elə bilirəm  ki, sizin  vaxtı  ilə apardığınız yüksək 
vəzifənizin  havası,  hökmünüzün  qaya  ovxariayan  kəsəri 
heç  vaxt  müəllimlik  adınıza  xələl  gətirməyib.  İlkin  əmək 
fəaliyyətinə  müəllim  kimi  başlayan  Zeynəddin  Çələbov 
sonraİar  hansı  vəzifələrdə  işləsə  də  müəllimlik  peşəsinə, 
amalına  və psixologiyasına  doğma  olub,  əqidəsini,  insanla­
ra münasibətini dəyişməyib.
-  Dostum,  elə  bilirəm  ki,  verdiyiniz  suala  hardasa 
özünüz qismən  də olsa cavab verirsiniz. Ən  əvvəl  onu de­
yim  ki,  vəzifə  insana  təkcə  tabeçiliyində  olanlara  rəh-
_____________________ _______ _______ Qusar beşiyim mənim
123


Tlbrus Şafımar
bərlik  etmək,  işin  uğuru  üçün  onlara  qarşı  tələbkar 
olmaq üçün verilmir.
Vəzifə  sahibi  təkcə  rəhbərlik  etməklə  kifayətlənmə­
məli, o həm də kollektivin xidmətçisi olmalı, onların qay­
ğısına qalmalı,  gün-güzaranları  ilə maraqlanmalıdır.  Ona 
görə  müəllimlik  peşəm  həmişə  qolumdan  tutub,  mənə 
düzgün yol göstərib.
Makedoniyalı  İsgəndər  deyərmiş  ki,  həyata  gəlmə­
yimə görə atam  Filipə, ləyaqətli həyat sürməyimə görə isə 
müəllimim  Aristotelə  borcluyam.  O  baxımdan  hansı 
vəzifələrdə  işləmişəmsə  bizlərə  ləyaqətli  həyat  sürməyi 
öyrədən  müəllimlərə  böyük  ehtiramım  olub  və  özüm  də 
müəllim  olduğumdan  müəllimlik  psixologiyama  ögey 
olmamışam.  Həmişə əmək mənim həyatım,  fədakarlıq  isə 
dünyam olub.  Başqası üzərində nəzarəti itirmədiyim kimi 
öz  üzərimdə  də  nəzarəti  itirməmişəm.  Onu  da  deyim  ki, 
mən  müəllim  olanda  mənə  vəzifə  adamı  kimi,  vəzifədə 
olanda  da  eyni  zamanda  müəllim  kimi  baxıblar  və  mən 
bunu məğbul bilmişəm.
Bir  dəfə  Qazı  Məhəmməd  Şeyx. Şamilə  deyir  ki,  dos­
tum,  səni  and  verirəm  Allaha,  nə  vaxtsa  müqəddəs  bor­
cuma xəyanət etsəm məni öldürərsən.
Həmin  fikrin  qüvvəti  olaraq  deyim  ki,  mən  də  heç 
vaxt  müqəddəs  borcuma  xəyanət  etməmişəm,  nə  müəl­
limlik  peşəmə,  nə  vəzifə  borcuma,  nə  də  vətəndaşlıq  və 
bir ləyaqətli insan kimi yaşamaq borcuma.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin