Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


ömrünüz  mübarizələrdə  keçib,  axı,  Siz  bütünlüklə  Azər­



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə44/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   40   41   42   43   44   45   46   47   ...   174
ömrünüz  mübarizələrdə  keçib,  axı,  Siz  bütünlüklə  Azər­
baycanı  sevmisiniz,  anadan  olduğumuz  torpağı  müqəddəs 
bilib  əzizləmisiniz,  Qusan  beşiyiniz  bilib,  onun  dağlannı, 
könüloxşayan təbiətinin vurğunu olmusunuz.
Zeynəddin  müəllim,  axı,  Qusar  dağlarının  ballı  çiçək­
lərinin  gözü  yollarda  qalıb,  neçə  aydıkı  Zeynəddin  nəfəsi, 
Zeynəddin  hənri  üçün  darıxıb.  Deyirəm,  bəlkə  bir  qədər 
göz  rahatlayan,  könül  oxşayan  Qusar  dağlarına  səyahətə 
çıxaq,  onun  gözəlliyindən,  can  dərmanı  sularından  söz 
açaq?
-  Elbrus,  qardaşım,  sözlərinizlə  məni  kövrəltdiniz, 
ürəyimdə,  könlümdə  xoş  duyğular  oyatdınız,  məni 
gənclik illərimə və yaxın ötən günlərimə qaytardınız. Onu 
da  deyim  ki,  mən  də,  həyat  yoldaşım  Şərqiyyə  xanım  da 
təbiət  vurğunuyuq.  Vaxt  tapan  kimi  özümüzü  dağları­
mıza  çatdırmışıq,  çiçəyindən  dərib,  can  dərmanı  olan 
dupduru  sularından  sirab  olmuşuq.  Vaxt  olub  dağları­
mızı  gəzərkən dağ günəşindən yandığımız məqamda dolu 
başımızın  üstünü  alıb,  daldalanmağa  qaya  axtarmışıq, 
ağac oğuşu axtarmışıq.
Dağlarımızın  hamısı  gözəldir,  hansını  deyim,  bir 
deyil,  beş  deyil.  Hər  halda  bir  neçəsinin  adını  çəkirəm: 
Şahdağ,  Yaru  dağı,  Kabaş dağı,  Tufan dağı,  Nisen  dağı, 
Marğu  dağı,  Silibir  yaylaqlan,  Bazardüzü  dağı,  Bazar- 
yurd dağı.  Çaylarımızdan - Samur çayı, Qusarçay,  Ukur- 
çay,  Şahnabat  çayı.  Şəlalərimizdən  -   Şahdağ  şəlaləsi, 
Qoşa  şəlalə, göllərimizdən Tufan gölü, Şıxmirzə gölü.  Bu 
sadaladıqlanm  hamısı  deyil,  onları  gəzib-tanımaq  üçün 
nə göz doyur, nə ürək, nə də ki, bir ömür yetər.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin