Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


yumaq üçün artıqlaması ilə qaytarıram



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə43/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   39   40   41   42   43   44   45   46   ...   174
yumaq üçün artıqlaması ilə qaytarıram.
Dilənçi  qadın  gözləri  yaşla  dolmuş  halda  ona  deyir  ki, 
oğul sən də məni  bağışla, dilim-ağzım qurusun, dünən sənə 
qarğış eləmişdim.  Bir  də  xalan  sənə qurban  olsun,  nə vaxt 
pulun  qurtarsa,  yanıma  gələrsən,  olanımdan  sənə  əl  tuta­
ram.
-  Elədi  dostum,  Allah  bizləri  aclıqla  imtahana  çək­
məsin.
- Zeynəddin müəllim, yaxşı olardı ki, ömrünüzün uşaq­
lıq illərini, Hilli günlərini bir daha yada salasınız.
-  Bildiyiniz  kimi,  mən  Hil  kəndində,  sadə  bir  ailədə 
anadan  olmuşam.  O  vaxt  bizim  kənd  rayon  mərkəzi
102
olub.  Ailədə  atam  Ramazan,  anam  Cağa,  beş  bacı  və  üç 
qardaş  idik.  Böyük  qardaşım  Mövlüd  1941-ci  ildə  zabit 
kimi  cəbhəyə  gedib,  1943-cü  ildə  həlak  olub.  Elə  həmin 
ildə  atam  da  vəfat  elədi.  Onsuz da  çətinliklə  yaşadığımız 
bir  zaman  kəsiyində  vəziyyətimiz,  gün-güzaranımız  ol­
duqca  ağırlaşdı.  O vaxt  10 yaşım  vardı.  Ancaq anama  və 
bacılarıma  təsəlli  verirdim  ki,  heç  də  narahat  olub  qor­
xuya düşməyin,  mən  sizi dolandıracam, atamı, qardaşımı 
əvəz edəcəm, axı balaca olsam da mən də kişiyəm.
O  vaxt  anam  evdə  iş  bölgüsü  yaratmışdı.  Birimiz 
odun,  birimiz  ot-ələf,  birimiz əkin  və  sair  işlərə  baxırdıq. 
Mənsə  ancaq  oxumaqla  məşğul  idim.  Lampanın  şüşəsi 
sındığından  bir  müddət  çıraq  işiğında  dərslərimi  hazır­
ladım.
Onu  da  deyim  ki,  o  illər qardaşım  Mövlüdün  anama 
çatan pul məbləği dolanışığımıza az da olsa  köməklik idi. 
Yaşımın üstə yaş gəldikcə mən ev işlərinə köməklik etmə­
yə  başladım,  meşədən  odun,  biçənəkdən  ot  gətirirdim. 
Atamın  «dilbilən» bir atı vardı, meylimi  o ata salmışdım, 
hara  getsəm  onunla  gedərdim.  Bir  az  da  böyüyəndən 
sonra  meşədən  araba  ilə  odun  gətirərdim.  O  vaxt  inəyi­
miz,  toyuq-cücəmiz  də  vardı,  inəyin  ağartısı,  toyuğun 
yumurtası  və  əti  bizi  ac  qalmaqdan  qurtardı.  Sonralar 
bacılarım  da  kolxozda  işləməyə  başladılar.  Kiçik  qar­
daşım  Muzafəddin  də  həmişə  yanımda  olardı,  məndən 
ayrılmazdı.  Onun  da  bəxti  qara  oldu,  ömrünün  gənclik 
çağında -   1959-cu ildə dünyasını dəyişdi.
Göründüyü  kimi  uşaqlıq illərim  də, gənclik  illərim  də 
ürəkaçan  olmayıb.  Bununla  belə  heç  kimin  qabağında 
sınıb-əyilməmişəm,  həmişə  özümü  tox  tutmuşam.  Şair 
Əliağa  Kürçaylı  demişkən 
bizim  yaşıdlarımız  konfet
__ 103
____________________________________ Qusar beşiyim rrorıim


'EBrus Şahmar
yerinə  barmaq  sorub.  Onu  da  deyim  ki,  insanın  xəmri 
halallıqdan  və  zəhmətdən  yoğrulanda,  o,  daha  dəyərli 
insan olur, həm özü üçün, həm də ətrafdakılar üçün.
-  Zeynəddin  müəllim,  bəlkə  bir  qədər  də  tələbəlik 
həyatınızdan danışasınız, o illərə qayıdasınız.
-  Mən,  1952-ci  ildə  orta  təhsilimi  başa  vurandan 
sonra  Bakıya  üz  tutdum.  Sənədlərimi  Bədən  tərbiyəsi 
institutuna  verdim  və  yüksək  balla  ora  daxil  oldum  və 
yataqxanada  yerlə  təmin  olundum.  Bir  müddət  oxuya- 
oxuya  «Maşın  təmiri  zavod»unda  işlədim,  ancaq  bir 
ermənini  döydüyümə  görə,  orda  işləməkdən  məhrəm 
oldum.
Oxuduğum  o  illərdə dostluq  etdiyim  tələbə  yoldaşla­
rımı  yaxşı  xatırlayıram,  onlardan  sağ  qalanları  da  var, 
dünyasını  dəyişənlər  də  var.  Onların  adlarını  çəkirəm  -  
Aydın  Babayev,  Akif Novruzov,  Baba  Babayev,  gəncəli 
Ənvər,  gədəbəyli  Məmməd  və  Şəki  Namazov,  həmkən­
dlim Ağabala Ağababayev.
O  illər  bizə  dərs  deyən  müəllimləri  də  xatırlayır  və 
onlann bir neçəsinin adını çəkirəm -  rektor Ənvər Baba­
yev,  prorektor  Əmikişi  Kişiyev,  dekan 'İvan  Batyakin, 
Baba  Musayev  (o, güləş üzrə dünya  çempionu idi) boks­
dan dərs deyən müəllimlərdən -  Odinov və Ağalarov.
Ehtiyac  içində  olduğumdan  çətinliklərim  çox  olub, 
aldığım  təqaüdün  və  anamın  Böyük  Vətən  müharibəsin­
də həlak olmuş qardaşım  Mövluda görə aldığı təqaüddən 
göndərdiyi cüzi məbləğ hesabına dolanırdım.
1962-1967-ci  illərdə  Azərbaycan  Dövlət  Universite­
tinin  (indiki  Bakı  Dövlət  Universiteti)  tarix  fakültəsində 
isə ikinci ali təhsil almışam.
104
Rektorumuz  Mehdi  Əliyevi,  dekanımız  Səidə  İma- 
novam,  müəllimlərimizdən  Aslan  Atakişiyevi,  Qəmbər 
Hüseynovu,  Xəlil  Əlmirzəyevi,  «Azərbaycan  tarixi»ndən 
dərs  deyən  Lətif müəllimi,  daha  sonra  Asiya  Rəhimova 
və Tamella  Qurbanovam  bugünkü  kimi  xatırlayıram.  Və 
hər  biri  barəsində  böyük  ehtiramla,  saatlarla  danışa 
bilərəm.
Mən,  Universitetin  «Tarix»  fakültəsində,  əvvəl 
«Bədən  tərbiyəsi»  institutunda  oxuduğum  tələbə  yolda­
şım Aydın  Babayevlə  ikinci  dəfə  birlikdə oxuyası  oldum. 
Bir  də  Sizin  həmyerliniz Qubadlı  rayonunun  Mahmudlu 
kəndindən  olan  pəhləvan  cüssəli,  qollu-qanadı,  həyatı 
zəhmətdən  yoğrulmuş  Əmikişini  də  bu  gün  gözəl 
xatırlayıram.  Allah  Aydın  Babayevə  can  sağlığı  versin, 
Əmikişiyə də rəhmət eləsin.
-  Zeynəddin  müəllim  bir daha  sizi  sorğu-suala  çəkmək 
istəyəndə  mərhum  şairimiz  Garay  Fəzlidən  bir  bənd  şeir 
yadıma düşdü:
Sahibsiz dənizdə bir adayam mən,
Gəl çəkmə sorğuya-suala məni.
Bir şirin,  bir dadlı röyadayam mən,
Qorxuram sel gələ, su ala məni,
Gəl çəkmə sorğuya, suala məni.
Dediyim  kimi  bu  Garay Fəzlinin Fikirləridir.  Ancaq elə 
bilirəm  ki,  Sizin  bu  yöndə  sözünüz  başqadı.  Axı,  Siz  heç 
vaxt  ümidsiz  olmamısınız,  heç  vaxt  özünüzü  sahibsiz 
bilməmisiniz,  heç  vaxt  özünüzü  röyada  görməmisiniz.  Bir 
də Siz bu vaxta  kimi nə sel-sudan qorxmuşunuz, nə oddan- 
alovdan,  nə  daşqından,  nə  də  ki,  çovğundan.  Axı,  Sizin
___________________________ _________ Qusar beşiyim mənim
105


T lSnıs Şahmar

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin