'EBrus Şahmar
yerinə barmaq sorub. Onu da deyim ki, insanın xəmri
halallıqdan və zəhmətdən yoğrulanda, o, daha dəyərli
insan olur, həm özü üçün, həm də ətrafdakılar üçün.
- Zeynəddin müəllim, bəlkə bir qədər də tələbəlik
həyatınızdan danışasınız, o illərə qayıdasınız.
- Mən, 1952-ci ildə orta təhsilimi başa vurandan
sonra Bakıya üz tutdum. Sənədlərimi Bədən tərbiyəsi
institutuna verdim və yüksək balla ora daxil oldum və
yataqxanada yerlə təmin olundum. Bir müddət oxuya-
oxuya «Maşın təmiri zavod»unda işlədim, ancaq bir
ermənini döydüyümə görə, orda işləməkdən məhrəm
oldum.
Oxuduğum o illərdə dostluq etdiyim tələbə yoldaşla
rımı yaxşı xatırlayıram, onlardan sağ qalanları da var,
dünyasını dəyişənlər də var. Onların adlarını çəkirəm -
Aydın Babayev, Akif Novruzov, Baba Babayev, gəncəli
Ənvər, gədəbəyli Məmməd və Şəki Namazov, həmkən
dlim Ağabala Ağababayev.
O illər bizə dərs deyən müəllimləri də xatırlayır və
onlann bir neçəsinin adını çəkirəm - rektor Ənvər Baba
yev, prorektor Əmikişi Kişiyev, dekan 'İvan Batyakin,
Baba Musayev (o, güləş üzrə dünya çempionu idi) boks
dan dərs deyən müəllimlərdən - Odinov və Ağalarov.
Ehtiyac içində olduğumdan çətinliklərim çox olub,
aldığım təqaüdün və anamın Böyük Vətən müharibəsin
də həlak olmuş qardaşım Mövluda görə aldığı təqaüddən
göndərdiyi cüzi məbləğ hesabına dolanırdım.
1962-1967-ci illərdə Azərbaycan Dövlət Universite
tinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində
isə ikinci ali təhsil almışam.
104
Rektorumuz Mehdi Əliyevi, dekanımız Səidə İma-
novam, müəllimlərimizdən Aslan Atakişiyevi, Qəmbər
Hüseynovu, Xəlil Əlmirzəyevi, «Azərbaycan tarixi»ndən
dərs deyən Lətif müəllimi, daha sonra Asiya Rəhimova
və Tamella Qurbanovam bugünkü kimi xatırlayıram. Və
hər biri barəsində böyük ehtiramla, saatlarla danışa
bilərəm.
Mən, Universitetin «Tarix» fakültəsində, əvvəl
«Bədən tərbiyəsi» institutunda oxuduğum tələbə yolda
şım Aydın Babayevlə ikinci dəfə birlikdə oxuyası oldum.
Bir də Sizin həmyerliniz Qubadlı rayonunun Mahmudlu
kəndindən olan pəhləvan cüssəli, qollu-qanadı, həyatı
zəhmətdən yoğrulmuş Əmikişini də bu gün gözəl
xatırlayıram. Allah Aydın Babayevə can sağlığı versin,
Əmikişiyə də rəhmət eləsin.
- Zeynəddin müəllim bir daha sizi sorğu-suala çəkmək
istəyəndə mərhum şairimiz Garay Fəzlidən bir bənd şeir
yadıma düşdü:
Sahibsiz dənizdə bir adayam mən,
Gəl çəkmə sorğuya-suala məni.
Bir şirin, bir dadlı röyadayam mən,
Qorxuram sel gələ, su ala məni,
Gəl çəkmə sorğuya, suala məni.
Dediyim kimi bu Garay Fəzlinin Fikirləridir. Ancaq elə
bilirəm ki, Sizin bu yöndə sözünüz başqadı. Axı, Siz heç
vaxt ümidsiz olmamısınız, heç vaxt özünüzü sahibsiz
bilməmisiniz, heç vaxt özünüzü röyada görməmisiniz. Bir
də Siz bu vaxta kimi nə sel-sudan qorxmuşunuz, nə oddan-
alovdan, nə daşqından, nə də ki, çovğundan. Axı, Sizin
___________________________ _________
Qusar beşiyim mənim
105