- Sizi 60-70 il əvvələ qaytarmaq istərdim. Deyin, kənd məktəbində oxuduğunuz, şagird olduğunuz illərdə müəllim lərinizdən kimləri xatırlayırsınız? - Mənə dərs deyən, hərf öyrədən, elm haqqında anla
yış və bilik verən müəllimlərimin hamısını xatırlayıram,
indi onlar haqq dünyasındadır. Allah onlara rəhmət
eləsin, onların hamısının boynumda haqqı var. İndilikdə
onlardan bir neçəsinin adını çəkirəm - milliyyətcə yəhudi
olan Nixama İsakova bizə «Rus dili»ndən dərs deyərdi.
O, şagirdləri ilə həmişə iltifatlı olart hər birimizin qayğı
sını çəkərdi. Mənə qarşı da çox diqqətli idi, mənə həmişə
nəvaziş göstərib deyərdi ki, sənin gələcəyinə inamım var.
Bu yöndə «Kimya» və «Biologiya» fənlərindən dərs
deyən, sonralar «Əməkdar müəllim» adma layiq görül
müş Zeyfulla Zöhrabovun və «Tarix»i tədris edən və
mənimlə fəxr edən, həmişə səni mən yetişdirmişəm deyən
Burhaddin Bədirxan oğlu Ədilxanovun adlarını böyük
ehtiramla çəkir və bir daha deyirəm ki, Allah onlara
qəni-qəni rəhmət eləsin.