Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Zeynəddin  müəllim  uzun  illər  internat  məktəbində



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə47/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   43   44   45   46   47   48   49   50   ...   174
-  Zeynəddin  müəllim  uzun  illər  internat  məktəbində 
direktor  olduğunuzdan  heç  şübhəsiz  onun  tarixi  barədə 
kifayət  qədər  məlumatlısınız.  Xahiş  edirəm  bu  yöndə 
bildiklərinizdən söz açasımz.
Qusar  şəhər  internat  məktəbi  Qusar  rayonun  xalq 
maarifinin inkişafı tarixində mühüm rol oynayıb.
Qusarda  ilk  dövlət  məktəbinin  açılması  1866-cı  ilə 
təsadüf  edir.  Bu  məktəbdə  təhsilin  tədrisi  rus  dilində 
aparılan bir sinifli ibtidai məktəb olub.
1896-cı  ildə  A.İ.Pobedonosetsin  xüsusi  proqimnazi- 
yası  əsasında  yaranmış  III  Aleksandr  adma  Bakı  oğlan 
klassik  gimnaziyası  müdavimlərinin  yay  mövsümündə 
istirahətin  təşkili  və  onların  kənd  təsərrüfatı  işləri  üzrə 
təcrübə  keçirmələri  üçün  indiki  internat  məktəbi  ərazi­
sində  dayaq  məntəqəsi  hesab  edilən  koloniya  yaradıl­
mışdı.  (Koloniya  hər  hansı  bir  məqsədlə  yaşamaq  üçün 
bir yerdən başqa yerə köçürülmüş adamların yaşadığı yer 
mənasındadı)
Koloniya  Bakı  quberniyası  Quba  qəzasının  Qusar 
nahiyəsində,  Bakıdan  180km.  məsafədə  olan  ərazidə 
yerləşib.
O, 
təbii  cəhətdən  zəngin  dövlət  hesabında  olan  30 
desyatinlik,  olduqca  gözəl  mənzərəli,  əla  iqlimə  malik,
110
dəniz  səviyyəsindən  xeyli  yüksəklikdə  olan  bir  ərazidə 
yerləşir.
Koloniya  1896-cı  ildən  mövcud  olsa  da,  əsas  işlər 
1898-ci ilin aprelindən  başlayıb.
Kaloniya  bir  növ  özünümaliyyələşdirmə prinsipi  üzrə 
fəaliyyət  göstərib.  Onun  indiki  Qusar  rayonu  ərazisində 
meyvə  bağlan,  yardımçı  təsərrüfatı,  kiçik  quşçuluq,  arı- 
çılıq  fermaları,  kartof,  əkin  sahələri  olub.  Buna  bax­
mayaraq,  koloniyaya  imkanlı  şəxslər  də  maddi  cəhətdən 
kömək  edib.  Bu  yardımlar,  ianələr,  kolonistlərin  əməyi 
sayəsində  əldə  olunmuş  və  kənd  təsərrüfatı  məhsulları 
koloniyanın ilboyu fəaliyyət göstərməsinə şərait yaradıb.
İlk  illərdə  kolonistlərin  sakinləri  sayca  azlıq  təşkil 
edirdilər,  lakin  təsərrüfatdaxili  işlərin,  təhsil  sisteminin 
nizama  salınmasından  sonra  koloniyanın  kontingenti 
1000 nəfərdən artıq olmuşdur.
Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra 
indiki  məktəbin  ərazisində  fəaliyyət  göstərmiş  koloni­
yanın  bazasında  1920-ci  illərin  əvvəllərində  respublikada 
savadsızlığı  ləğv etmək şüarı  adı altında  müəllim  kadrları 
hazırlayan kurslar təşkil edilir.
Bakıda,  Şamaxıda,  Şuşada,  Qusarda  və  respublika­
mızın digər  5  məntəqəsində  1920-ci  ilin  yayında  pedaqoji 
kurslar açılır.
1931- 
ci  ildən  internat  məktəbi  ərazisində  əmək  kolo­
niyası  yerləşmiş  binada  Aqro  pedtexnikıımu  açılır.  Bu, 
milli  ucqarlarda  savadsızlığın  ləğvi,  müəllim  kadrlarının 
hazırlanması  sahəsində  respublika  hökumətinin  mühüm 
tədbirlərindən biri idi.
1932- 
ci  ildən  sonra  Aqropedtexnikum  Qusar  Dövlət 
Pedaqoji məktəbi kimi  fəaliyyət göstərmişdir.
_____________________________________Qusar beşiyim m n im
111


Tlbrus Şahmar
Qusar  Dövlət  Pedaqoji  məktəbinin  ilk  direktoru 
Hacıbaba  Rzayev olmuşdur.
1940-cı  ildə  Qusar  Dövlət  Pedaqoji  məktəbi  Quba 
şəhərinə köçürülüb.
Avropada  müharibə  təhlükəsinin  artması  və  Böyük 
Vətən  müharibəsi  ərəfəsində,  1940-41-ci  illərdə  indiki 
internat  məktəbin  ərazisində  hərbi  polk  yerləşib.  Müha­
ribənin  başlanması  ilə  əlaqədar  olaraq  polkun  heyəti 
bütünlükdə  cəbhəyə  getdiyi  üçün  həmin  binalarda  uşaq 
evi yaradılıb.
Bu,  1942-ci  ildə  müharibə  ilə  əlaqədar  respublikada 
valideynlərini  itirmiş  kimsəsiz  uşaqların  Dövlət  himayə­
sində olan uşaq evlərinin yaradılması ilə bağlı idi.
Qusar şəhər internat məktəbi ərazisində  1942-ci ildə  1 
və 2 saylı  uşaq evləri təşkil edilib.
Qusar  uşaq  evi  1957-ci  ilədək  fəaliyyət  göstərib. 
Sov.İKP  XX  qurultayında  yeni  tipli  politexnik  təhsil 
verən  qapalı  internat  məktəblərin  yaradılması  haqqında 
qərar  qəbul  edilir.  Bununla  əlaqədar  uşaq  evi  öz 
fəaliyyətini  dayandırır.  Ordakı  uşaqlar  respublikamızın 
müxtəlif şəhərlərində olan  uşaq evlərinə köçürülür.
1956-cı  ilin  sentyabrında  Sov.İKP MK Nazirlər Sove­
ti  internat  məktəblərinin  yaradılması  haqqında  qərar 
qəbul edib.
1956-57-ci  illərdə  SSRİ-də  300-dən  çox  internat 
məktəbi təşkil olunub.
Azərbaycan  SSR  Nazirlər  Sovetinin  3  iyul  1956-cı  il 
tarixli  qərarına  əsasən  respublikada  1956-57-ci  tədris 
ilində 4 internat məktəbi açılıb.
Bunlardan ikisi Bakı şəhərində, digərləri Ağdam və Qu­
ba şəhərlərində idi.  Sonrakı tədris ilində Azərbaycanda
112___________________________________________________________________
Qusar 
6
eşitjim mrıirn


Ş.ır<|i\ \л mii.ıllim.ı I lil k.ıııd orta ın.ıkt.rbiııin şagirdin arasında.  I ‘>S4
Qu
sar 
bc^
ujim
 ıtu
vıiıı
ı


/
'Elbrus Şahınar
Öndə Z.Çələbov, sağda bacısı əri İ.İslamov, bacası qızı Əmənti, 
bacısı oğlu  Yaşar və onun qızları Tayifə və Fəridə
İsgəndər Quliyev.  Z.Çələbovun həmkəndlisi və məktəb yoldaşı
116
Qusar beşiı/im tm nim
Hil kəndində məscid
Hil kəndindən bir görünüş
117


Tlbrus Şahmar
Z.Çələbov qohumu  Dövlət və onun oğlu Sərvət
118
Qusar beşiyim tmnim
Hilin “ Mel”  ansanblı el şənliyində
Hilin “Mel” ansanblı  bayram şənliyində
119


ј
Şərqiyyə xanımın 
qardaşı oğlu Roman 
və onun oğlu Danil
Tlbrus Şafm aT
Şərqiyyə xanım və qardaşı 
Vacib Qayıtmazov
930  nəfər  şagirdi  əhatə  edən  7  internat  məktəbi  təşkil 
edilir.  O  cümlədən,  1956-cı  ildə aparılmış  əsaslı  təmirdən 
sonra  1957-58-ci  tədris  ilində  uşaq  evi  bazasında  5  saylı 
Qusar şəhər internat məktəbi yaradılır.
1958-ci  ilin  dekabrında  SSRİ  Ali  Soveti  «Məktəbin 
həyatla  əlaqəsini  möhkəmlətmək  və  ölkədə  xalq  maarifi 
sistemini  daha  da  inkişaf  etdirmək  haqqında»  qanun 
qəbul  edib.  Qanunda  internat  məktəbləri  natamam  orta 
(8  illik)  tipində  və  ya  istehsalat  təlimi  verən  orta  ümum- 
təhsil əmək politexnik məktəbləri  tipində təşkil olunurdu.
1957-ci  ilin  sentyabrın  1-də məktəbin  idman  meydan­
çasının  yaxınlığında  iki  mərtəbəli  binanın  qarşısında 
Qusar  şəhər  5  saylı  internat  məktəbinin  açılışı  olub.  Açı­
lışda  rayon  partiya  komitəsindən,  icraiyyə  komitəsindən, 
hərbi  hissədən,  maarif şöbəsindən  və  digər  təşkilatlardan 
rəsmi şəxslər və qonaqlar iştirak edib.
İnternat  məktəbinin  ilk  direktoru  Əsgər  Əliyev  açılışı 
elan  etdi.  Rayon  partiya  komitəsinin  birinci  katibi  Səlim 
Səlimov internat məktəbinin ilk müəllim və şagird  kollek­
tivinə  təhsildə,  təlim-tərbiyədə  böyük  uğurlar  arzuladı  o 
gün.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin