Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Bildiyimə  görə,  siz  icra  başçısı  olduğunuz  vaxt  inter­



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə55/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   51   52   53   54   55   56   57   58   ...   174
-  Bildiyimə  görə,  siz  icra  başçısı  olduğunuz  vaxt  inter­
natın  boşaldılıb  hərbçilərə  verilməsi  barədə  olan  Prezident 
fərmanının icra olunmasına mane olmusunuz və sonda...
-  Sizi  başa  düşdüm,  sualınızın  əvvəlinə də,  sonuna  da 
cavab  verərəm.  1992-ci  ilin  noyabr  ayı  idi.  Prezidentin 
hərbi  işlər  üzrə  köməkçisi  Fəhmin  Hacıyev  Əbülfəz  Elçi­
bəyin  fərmanı  ilə  yanıma  gəlib  dedi  ki,  elə  bu  gün  Qusar 
şəhərində  olan  internat  boşaldılıb,  hərbiçilərə  təhvil 
verilməlidir.  Mən  onun  sözlərindən  və  əlindəki  prezident 
fərmanının  mətnindən  təəccübləndim.  Və  dedim  ki,  belə 
hal  qətiyyən  ola  bilməz.  Fəhmin  Əbülfəz  Elçibəylə  tele­
fon əlaqəsi saxlayıb,  ona  dedi  ki,  icra  başçısı  Sizin  fərma­
nınıza əməl etməkdən boyun qaçırır.
O  gün  Prezidentin  qəbuluna  gedəsi  olduq.  Əbülfəz 
Elçibəy məni qaş-qabaqla qarşıladı,  bir az da  hündür səs­
lə dedi ki, siz nə haqla  mənim  fərmanıma əməl etmirsiniz, 
mənim  imzama  nədən  hörmətsizlik  eləyirsiniz?  Mən  də 
qayıdıb  dedim  ki,  cənab  Prezident,  Siz  məni  bura  ona 
görə çağırımsınız  ki,  məsələyə  aydınlıq  gətirəsiniz,  yoxsa 
məni  qorxudasınız.  Dedi  ki,  əlbətdə  məsələyə  aydınlıq 
gətirmək  üçün.  Dedim  eləsə  məni  axıra  kimi  dinləyin.
_______
Qusar beşiyim tm nim
137


i
Onu  bilin  ki,  inkişaf  etmiş  ölkələrin  heç  birində  şəhər 
mərkəzində hərbi  hissələr olmur.  Bir də ki, Qusar şəhəri­
nin  özündə  minlərlə  əsgəri  olan  hərbi  hissə  mövcuddur, 
ona görə də yenisinə ehtiyac da qalmır.  Bir də ki, internat 
boşaldılsa  sakinlər  arasında  böyük  narahatlıq  olar,  yüz­
lərlə  yetim  ləzgi  uşaqları  bir  daha  yetimləşər,  təhsildən, 
dolanışıqdan,  yaşamaq  üçün  ev-eşikdən  mərhum  olar. 
Belə  hal  isə  nə  Allaha  xoş  gedər,  nə  bəndəyə,  elə  sizin 
kimi  demokratik  ruhlu  Prezidentə  də  xoş  gəlməz.  Siz 
deyin  cənab  Prezident,  mən  bu  fikirimdə  haqlı  deyiləm- 
mi? Bir də mən məsləhət bilərdim ki, hərbi hissə üçün sər­
həd  yaxınlığındakı  Samur  körpüsü  olan  sahədəki  tikin­
tidə daha yararlı və məntiqə uyğun olardı.  Mən danışdıq­
ca  rəhmətlik  Elçibəyin  çöhrəsindəki  razılıq  əlamətlərini 
görürdüm.  O,  sonda  gülümsünüb  mənimlə  razılaşdığını 
bidirdi və qayıdıb belə bir söz də dedi:
-  Bəy,  belə  şeyləri  bizə  mütləq  deyin,  indilikdə  isə 
Qusara qayıdıb fəaliyyətinizi davam etdirin.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin