Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə63/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   59   60   61   62   63   64   65   66   ...   174
- Dinə münasibətiniz?
-  İnsan  dinsiz-imansız,  inamsız  yaşaya  bilməz.  Əqli, 
şüuru  yerində  olan  hər  kəsdə  tutduğu  mövqeyindən, 
təhsilindən,  soykökündən  asılı  olmayaraq  yuxanda  gös­
tərdiyim  keyfiyyətlər  olmalıdır.  Ümumiyyətlə,  vicdan 
azadlığıdır.  Dinə  münasibətdə  heç  bir məhdudiyyət  yox­
dur.  Ancaq  dinlə  mövhumatı,  fanatikliyi  qarışdırmaq 
düz  deyil.  Hər  deyilən  söz-söhbətə  inanmaq  olmaz. 
Deyiləni  ağıl  süzgəcindən  keçirmək  lazımdır.  Bir  də 
Məhəmməd  Peyğəmbər  səlavatullah  başda  olmaqla  aqil­
lər bu  fikirdə  olub  ki,  əsl  ibadət  xalqa  xidmət etmək,  sa­
vab  işlər  görməkdir.  Əməlisalehlər  hər  yerdə,  hər  zaman 
böyük hörmətə və ehtirama layiqdir.
Onu da deyim  ki,  islam  dininə mənsub olmağımla da 
fəxr  edirəm.  Tarixən  yeni  yaranmış  bu  dinin  başqa 
dinlərin fövqündə dayanır deyərdim.
Rus  ədəbiyyatının  güzgüsü  adlandırılan  Lev  Tolsto- 
yun  belə bir etirafı var:  «Dövlət adamları məni  inqilabçı, 
provoslavlar  isə  iblis  hesab  edirlər.  Etiraf edirəm  ki,  bu
1 5 0
mənim  üçün  ağırdır  və  buna  görə  xahiş  edirəm  mənə 
xeyirxah  müsəlman  kimi  baxasınız,  onda  hər  şey  yaxşı 
olacaq.»  Elə bilirəm  ki,  Tolstoyun  fikirlərini  açıqlamağa, 
şərh etməyə ehtiyac duyulmaz.
Bu  yöndə  başqa  dinə  qail  olan  bir  çox  görkəmli 
adamların  da  islam  dini  barədə  dəyərli  fikirləri  vardı. 
Onlardan  bir  neçəsinin  dediklərini  nəzərinizə  çatdırmaq 
istərdim.
Ən  əvvəl  Hötenin  islamla  bağlı  fikirlərini  xatırlayı­
ram.  O,  deyir  ki,  hamımız  müsəlmanlıqla  yaşayırıq.  Axı, 
islamiyyət  Allaha  təslim  olmaqdı.  Demək  hamımız  isla­
miyyətdə  yaşayırıq.  «Quran»  böyükdür,  ehtişamlıdır, 
başdan-başa  həqiqətdir.  «Quran»  öz  lətafəti  ilə  adamı 
özünə  cəzb  edir  və  gözəlliyi  ilə  özünə  bağlayır.  İsanın 
sözlərindən  o  qədər  toxam  ki,  artıq  özü  də  gəlsə,  başqa 
kimsədən onu dinləmək istəmərəm.
Volter  isə  deyirdi  ki,  Məhəmməd  peyğəmbərin  qur­
duğu  din  daha  kamildir,  bu  din  Asiyanı  bütpərəstlikdən 
xilas elədi, Allahın vahid olmasını öyrətdi.
Bismark  isə  deyirdi,  mən  «Quran»ın  hər  kəlməsində 
böyük bir hikmət gördüm.  Məhəmməd  peyğəmbər müm- 
taz  bir  simadır.  Bundan  sonra  belə  bir  şəxsiyyəti  dün­
yamız  görməyəcək.  Mən  onun  məhəbbəti  qarşısında 
böyük ehtiramla baş əyirəm.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin