Tlbrns Şahm ar
bizlər hamımız qohumlaşmışıq, on minlərlə oğul evlən
dirib, qız ərə vermişik. Axı, hansı qeyrətli oğul öz dayı
sına, qohum-əqrəbəsinə güllə ata bilər. Şəxsən biz ləzgilər
həmişə, hər zaman, hər yerdə, bir çox məqamlarda azər
baycanlılara «can qardaş» demişik. Əgər «Qarabağ-
namə»ləri oxusanız görərsiniz ki, Qarabağ xanlarının ən
çox güvəndikləri həm də milliyyətcə ləzgi olan döyüşçülər
olub. Ata-babalarımızın bir çoxu rəhmətlik Hacı Zey
nalabdin Tağıyevin neft mədənlərində, zavod və fabrik
lərində işləməklə ailəsinin ruzusunu qazanıb. Bunları
unutmaqmı olar?
Bu vaxt toplantıda olan kimsə dedi:
- Sən də, Elçibəy də rüşvətxorsunuz.
Mən də qayıdıb belə dedim: - Əgər bu vaxta kimi
rüşvət almışamsa Allah mənim bəlamı versin, yoxsa sənin
kimi böhtançıları belə-belə olsun. Və bir də bilin ki, Elçi
bəyin əli də, ürəyi də təmiz adamdı. Heç, onun yaşaması
üçün münasib evi də yoxdur.
Bir də «Samur çayı»ndan Azərbaycana su verməyək
deyirsiniz. Deyirsiniz ki, o çay Dağıstanındı. Səhviniz
var, əvvəla o çayın 60 faizdən çoxu Azərbaycanın sahə
sindən keçir. Bir də onun suyundan içən və istifadə edən
təkcə milliyyətcə azərbaycanlı olanlar deyil, Sumqayıtda
və qeyri məkanlarda yaşayan yüz minlərlə ləzgilər və
qeyri millətlərdir.
Bir də deyirsiniz ki, Azəbaycanda yaşayan ləzgilərin
məktəbləri ancaq ləzgi dilində olsun. İndi Siz deyin ləzgi
dili ilə hara çıxmaq olar, hansı vəzifələri tutmaq olar. Bir
də ki, dilimizi bizim əlimizdən alan yoxdur. Hər bir ləzgi
uşağına oxuduğu məktəbdə Azərbaycan dili ilə yanaşı
ləzgi dili də tədris olunur.
144
Gəlin cavanları 100 qram içirdib, onları qızışdırıb
araya salmayaq, ölümə verməyək. Elə olsa gələcəkdə on
ların övladlarından heç biri bizim nəsli nəinki, bağışla
maz, həm də lənətləyər.
Bu vaxt məni alqışlayanlar da oldu. Və sonda hər kəs
öz ev-eşiyinə getdi. Hətta toplantıda olan və məni tanı
yan bəzi vəzifə sahibləri məni çaya da qonaq etdilər. Və
bildirdilər ki, mənim çıxışım, mənim fikirlərim sülh amalı
ilə yaşayan böyük bir diplomat dəstəsinin işini gördü.
Dostları ilə paylaş: