Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Kim  öz  vətənini  sevmirsə,  heç  nəyi  sevə  bil-1



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə62/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   58   59   60   61   62   63   64   65   ...   174
Kim  öz  vətənini  sevmirsə,  heç  nəyi  sevə  bil-1
C. В ay roı
Qusar beşiyim mənim
DÖRDÜNCÜ SÖHBƏT
Haqq-hesabı  düz  olanın,  hesab 
verməkdən nə qorxusu.
Sədi Şirazi
Yoldan  çıxmaq  üçün  min  yol 
vardır, həqiqətin isə yolu birdir.
C.Rossini
- Son illər gənclərin davranışında, böyüyə-kiçiyə müna­
sibətində,  bir  sözlə  etik  normaların  həyata  keçirilməsində 
mənfi  çalarlar  tez-tez  nəzər-diqqəti  cəlb  edir.  Bəzən  danı­
şıqlarını,  oturub-durmaqlarını,  başqalarına  qarşı  rəftarla­
rım  bilmirlər.  Axı  biz  yaşda  olanlar  gənclik  illərimizdə elə 
olmamışıq.  Vaxtilə  N.Çernışevski  insanlar  arasında  olan 
belə davranışı  ictimai  mühitlə  bağlayıb.  Sizin  buna  müna­
sibətiniz?
-  Fikrimcə  bunu  mühitlə  bağlamaq  olmaz.  Mühitin 
müəyyən  mənada  təsiri  ola  bilər,  mütləq  mənada  yox. 
Tərbiyəli,  etikalı,  ədəb-ərkan  gözləyən  adam  bütün  icti­
mai  mühitlərdə  öz  mənəvi  keyfiyyətlərini  itirməyiblər. 
Burada  ailə tərbiyəsini, genin, soykökün  böyük  rolu  var. 
Yaxşı  hər  yerdə  yaxşıdır.  Pis  isə  hər  yerdə  pisdir.  Ala- 
babadan  gözəl  adətlərimiz  var.  Bu  gün  də onlar  yaşayır: 
kiçik qardaşın  böyük qardaşı yanında siqaret çəkməməsi. 
övladın  valideynlə  birlikdə spirtli  içki  içməməsi,  danışıq­
larını  ölçüb-biçməsi,  kiçiyin  böyüyün  üzünə  ağ  olma­
ması,  oturuşunu-duruşunu  bilməsi  və  s.  Bir  də  atalarda 
gözəl misal var:  «Gədədən bəy olmaz».  Kimin  ki, canında
149


'Elbrus Şahmar
insanlıq yoxdur,  hansı  yüksək mərtəbəyə qaldırsan  da  öz 
nadanlığını  göstərəcək.  Həmçinin  əxlaqın  formalaşma­
sında  ailə  tərbiyəsini,  məktəb  təlim-tərbiyəsini,  mühitin 
rolunu da tam inkar etmək olmaz.
Onu  da  deyim  ki,  həmişə  belə  olub,  ömrünün  ahıl 
vaxtını yaşayan kəs gəncliyi bəyənməyib.  Bu dövr qədim­
dən belədi.  Bir sözlə hər dövrün öz gəncliyi var.  İnanıram 
ki,  indiki  gənclik,  zaman  keçəndən  sonra  özlərindən 
sonrakı  gənclərin  davranışından  razı  qalmayacaq.  Onu 
da deyim ki,  gənclərimizin  xoşagəlməz hərəkətlərinə görə 
onlara  kin  bəsləmirəm,  ancaq  ona  görə  ürəyim  yanır, 
təəssüflənirəm.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin