Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Zeynəddin  müəllim,  əmək  fəaliyyətiniz  dönəmində



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə60/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   56   57   58   59   60   61   62   63   ...   174
-  Zeynəddin  müəllim,  əmək  fəaliyyətiniz  dönəmində 
hansı  rayon  rəhbərləri  ilə və  nazirlərlə  işləməli  olmusunuz. 
Xahiş edirəm onları yad edəsiniz.
-  Dediyiniz  vəzifə  sahiblərindən  bir  çoxu  dünyasını 
dəyişib, sağ qalanlar da var.  İlk öncə yadıma  RPK-nın  1- 
ci  katiblərindən  Səlim  Səlimov  düşür,  rəhmətlik  ideal 
insan  idi.  Daha  sonra  həmkəndlim  Müslüm  Murtuza- 
yevin  vaxtında  işləmişəm.  Onunla  həmkəndli  olmağımla 
bərabər  həm  də  qohumluğumuz  da  vardır.  Fasilələrlə  üç 
dəfə  rayon  partiya  komitəsinə  rəhbərlik  edən  Müslüm 
Murtuzayev  rayonun  iqtisadi  vəziyyətini  xeyli  yaxşılaşdı­
rıb.  O  rəhmətliyin  vaxtında  Qusarda  xeyli  binalar  tikildi, 
yollar  abadlaşdı,  rayonumuzu  Respublikamızın  qabaqcıl 
rayonları  səviyyəsinə  qaldırdı.  O,  təvazökar  insan  olsa 
da, sözünün kəsəri vardı  və hamıya da qayğı göstərərdi.
Sultan  Hacıbalayev Qusarın  Qrik  kəndindən  idi,  15  il 
rayon  PK-nin  1-ci  katibi  oldu.  Özü  işgüzar  olduğundan 
işgüzar  və  qoçaq  adamları  xoşlardı.  Onun  vaxtında 
Qusarın meyvə bağları xeyli genişləndi.
Ramazan  Bədirov  Dağıstan  ləzgisi  idi.  Üç  ilə  yaxın 
rayona rəhbərlik elədi və işini  bilən adam  idi.
_________________________________
Qusar bejiıjim rronim
145


'Elbrus Şahmar
Asya  Manafova  savadlı  və  işgüzar  adam  idi,  yerli 
adam olduğundan rayonu da əla tanıyırdı.
Milliyyətcə  ləzgi  olan  Nizami  Süleymanov  qusarlı 
deyildi, cəmi altı ay işləyə bildi. Ondan sonra rayona icra 
başçısı kimi mən rəhbərlik etdim.
Maarif sahəsində işlədiyim illərdə isə aşağıda adlarını 
çəkəcəyim  şəxslər  ауп-ауп  vaxtlarda  respublikamızın 
Maarif naziri vəzifələrində çalışıb.
Mən,  1956-cı  ildə  bir  müəllim  kimi  fəaliyyətə  başla­
yanda  Maarif  naziri  Mehdi  Mehdizadə  idi.  Rəhmətlik 
gözəl  insan  idi,  haqq-ədalət  mücəssəməsi  idi,  tamahsız 
adam  idi,  peyğəmbər timsalmda olan adam  idi.  Bir sözlə 
bizlər  ondan  insanlıq  dərsi  almışıq.  Sonra  Elmira  Qafa­
rova  nazir  oldu.  Humanist  adam  idi,  kadr  seçilməsində 
çox diqqətli idi. Daha sonra Kamran Rəhimov nazir kimi 
fəaliyyət  göstərdi.  Ziyalı  adam  idi,  işini  bilən,  rəhbərlik 
etməyi bacaran  idi.  İşlədiyim zamanda sonuncu nazir isə 
Rafiq  Babaş  oğlu  oldu.  O,  cəmi  iki  il  nazir  vəzifəsində 
işlədi.  Elmli  adam  idi,  riyaziyyat  elmləri  doktoru  idi. 
Müxtəlif elm  sahələrinin düzgün  tədris olunmasına  ciddi 
fikir verərdi.
'г'ь* -
146
CS^ocar
Ш
С Ш
  İ H
l
а
т
г м
а


/

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin