Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


- Eşitdiyimə görə,  1992-ci ilin oktyabrında Quba  şəhə­



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə58/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   54   55   56   57   58   59   60   61   ...   174
- Eşitdiyimə görə,  1992-ci ilin oktyabrında Quba  şəhə­
rində  keçirilən  arzuolunmaz  bir  mitinqdə  həmin  regionun 
rəhbər işçilərindən  təkcə Siz mitinqçilərlə görüşüb,  onların 
qarşısında məntiqli çıxış etmisiniz və sonda hər şey öz müs­
bət  həllini  tapıb.  Bəlkə  o  günləri  xatırlayasınız,  bu  yöndə 
söz deyəsiniz.
-  1992-ci  ilin  oktyabrı  idi,  axşam  saat  8.00-da  olardı, 
Prezident  aparatından  zəng  edib  bildirdilər  ki,  Quba 
şəhərində  «ÇP»  var,  polis  işçiləri  ilə  birlikdə  ora  gedim. 
Ancaq  mən  tək  getdim.  Quba  rayon  İcra  Hakimiyyətinə 
çatanda  gördüm  ki,  binanın  qabağına  xeyli  adam 
toplanıb.  Dəvəçi,  (Şabran)  Xaçmaz  və  Qubanın  polis 
işçiləri də orda idilər.
Bakıdan  Arif  Hacıyevlə  birlikdə  Milli  Təhlükəsizlik 
nazirinin  müavini  Sülhəddin  Əkbərov da  gəlmişdi.  Onlar 
məndən  soruşdular  ki,  bəs,  Qusar  rayon  polis  əməkdaş- 
140_____________________ __
lari  hardadı.  Dedim  ki,  biz  bura  davaya  gəlməmişik,  söz 
deməyə,  bir-birimizi  anlamağa  gəlmişik.  Ona  görə  də 
onların gəlməsini zəruri bilmədim.
Mitinqçilər  Quba  rayon  İcra  Hakimiyyəti  binasının 
yaxınlığında  olan  «dəmir  körpüsü»  deyilən  yerə  toplaş­
mışdılar.  Tələbləri  də  Quba  rayon  İcra  başçısı  Sübhan- 
verdiyevin vəzifədən azad edilməsi idi.
Mən  Quba  İcra  Hakimiyyətində olan  vəzifəli  şəxslərə 
dedim ki, mitinq  işçiləri  olan  yerə məndən  başqa  heç kim 
getməsin,  mən  özüm onlarla  danışıb  razılığa gələrəm.  Elə 
də  oldu.  Mitinqçilər  qarşısında  olub  sözümü  deyəndən 
sonra, dedilər ki, dağılışırıq,  ancaq  iki şərtimiz var,  birin­
cisi  odur ki,  aramızdan  10  nəfər  tutulub saxlanılıb,  onlar 
azad  edilsin,  ikincisi də  ki, sabah,  siz Zeynəddin  Çələbov 
bizim  nümayəndəmizi  Qusar  rayon  icra  hakimiyyətində, 
Arif Hacıyevin  və Sülhəddin  Əkbərovun  iştirakı  ilə qəbul 
edib,  bizi  dinləyəsiniz.  Mən  onlara  kişi  sözü  verdim, 
tutulub  saxlanılmış  10  nəfəri  azad  etdirdim  və  sabahısı 
gün,  deyilən  şərtlə  onların  nümayəndəsini  qəbul  etdim. 
Ancaq  adları  çəkilən  vəzifəli  şəxslərlə  onları  iş  otağımda 
qoyub,  başqa  yerə  keçdim,  ona  görə  ki,  özümü  o  söh­
bətdə artıq bildim.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin