Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


- Zeynəddin müəllim, Siz cəbhəçi olmasanız da, o illər­



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə56/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   52   53   54   55   56   57   58   59   ...   174
- Zeynəddin müəllim, Siz cəbhəçi olmasanız da, o illər­
də  rayona  rəhbərlik  etmisiniz.  Xahiş  edirəm  deyəsiniz, 
fəaliyyətiniz  dövründə  rayon  cəbhəçiləri  ilə  münasibətiniz 
necə olub?
-  Elbrus  müəllim,  sualınıza  1992-ci  ilin  oktyabrında 
rayon  cəbhəçiləri  ilə  aramda  olan  bir  əhvalatla  cavab 
vermək  istərdim.  O vaxt Prezident aparatından mənə de­
dilər  ki,  rayon  cəbhəçilərini  qəbul  edim.  O  gün  22  nəfər 
cəbhəçini  qəbul  edəsi  oldum.  Onlar  mənimlə  çox  iddialı 
danışmaq istədi, ancaq mən  onlara  imkan  vermədim.  Bir 
çoxu səviyyəcə bəsit olan  həmin cəbhəçilər məndən baca­
rıq  və  təhsillərindən  çox-çox  yuxan  olan  vəzifələr istədi­
lər.  Ona  görə  də  mən  onlan  iş  otağımdan  çıxardası 
oldum.
‘Elbrus Şafumr
_________________________________
138
Təxminən  3-4  saat  keçəndən  sonra  Arif Hacıyev  Ba­
kıdan  zəng  edib,  dedi  ki,  Prezident  Əbülfəz  Elçibəyin 
yanında  olmalıyam,  özü  də  həmin  gün.  Mən  məsələnin 
nə yerdə  olduğunu  bildiyimdən  ona  cavab  verdim  ki,  bu 
gün  rayondan  çıxa  bilmərəm,  ona  görə  də  Prezidentin 
qəbuluna ancaq sabah gələ bilərəm.
Dediyim  kimi,  sabahısı  günü  Prezidentin  qəbulunda 
oldum.  Prezidentlə  olan  söhbətimizdə  Pənah  Hüseynov, 
Arif Hacıyev  və bir də həmin cəbhəçilər də iştirak  edirdi. 
Rəhmətlik  Əbülfəz  Elçibəy  mənə  bildirdi  ki,  cəbhəçilər 
sizdən narazıdır, deyirlər ki, onları qəbul edən vaxt təhqir 
eləmisiniz,  kabinetdən  qovmuşunuz.  Mən  də  cavab  ver­
dim  ki,  düz deyiblər,  həqiqətən  mən  onları  iş  otağımdan 
qovmuşam.  Prezident  də  təəccüblə:  «niyə?»  dedi.  Dedim 
ona görə ki, heç birinin yetərincə  təhsili  olmayan,  vəzifə­
lər görməyən,  beş  nəfərə  də  rəhbərlik  etməyən,  Qusarda 
böyük nüfuzları olmayan  bu adamlar rayonda ən  yüksək 
vəzifələri  tutmaq  istəyir.  Axı,  bu  keçid  dövründə  naşı 
adamlara  məsuliyyətli  vəzifələr  tapşırmaq  olmaz.  Axı, 
Qusar  respublikamızın  şimaldan  qapısıdır.  Ona  görə  də 
orda səriştəli və xüsusi təhsil görmüş adamlar vəzifə sahi­
bi olmalıdır.
.  Sonra  da  qayıdıb  soruşdum  -   indi  siz  deyin,  cənab 
Prezident, mən düz eləmişəm ya yox?
Rəhmətlik  də  cavab  verdi  ki,  çox  düz eləmisiniz.  Biz 
sizə  inanırıq,  ona  görə  də  istədiyiniz  kimi  də  vəzifənizi 
icra edə bilərsiniz.
Prezidentin  sözlərindən  sonra  cəbhəçilər suyu  süzülə- 
süzülə Prezident aparatından çıxmalı oldu.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin