Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Barənizdə  söhbət  etdiyim  Zəmirə  Qədiyevanın  dedi­



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə52/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   48   49   50   51   52   53   54   55   ...   174
-  Barənizdə  söhbət  etdiyim  Zəmirə  Qədiyevanın  dedi­
yinə  görə  internatda  işləyən  qadın  müəllimlər,  rus  de- 
mişkən  3  manatdan  «soobrazim»  eləyib  kişi  müəllimlərə 
«23  fevral»  münasibətilə  bayram  süfrəsi  açıb  və  siz  məc­
lisin  sonunda  cibinizdə  olan  pullarla  qadın  müəllimlərin 
pullarını özünə qaytarmısınız.
Mən,  Sizin  təmiz  və  halal  adam  olmağınıza  inamram. 
Ancaq  ola  bilər  ki,  üzərində  işlədiyim,  barənizdə  olan  bu 
kitabın  həmin  səhifəsini  oxuyan  bəzi  ağzıgöyçəklər  barə­
nizdə  şəkk-şübhəyə  düşüb  desin  ki,  görəsən  Zeynəddin 
müəllim  cibindən  verdiyi  həmin  pulları  hansı  hesabdan  və 
necə qazanıb.
Xahiş edirəm ki, bu fikrimə açıqlama verəsiniz.
-  Sualınız  ürəyimdən  oldu.  Bilirsiniz,  o  illər  mənim 
özümün yetərincə şəxsi təsərrüfatım, mal-qaram, əkin sa­
həm  vardı.  İmkan olan  kimi satış üçün respublikamızdan 
kənara  da  kənd  təsərrüfatı  məhsulları  yollayırdım.  Bir 
sözlə dolanışığım,  günüm-güzəranım çox yaxşı  idi, ailədə 
isə  xərcim  az  idi.  Ailədə  üç  nəfər  idik,  anam,  mən  və 
həyat  yoldaşım.  Anam  vəfat  edəndən  sonra  isə ailədə iki 
nəfər qaldıq.  Ona  görə də pul xərcləməyə yer axtarırdım. 
Məni  yaxından  tanıyanlar  yaxşı  bilirdilər  ki,  xərclə- 
diklərim  halalca  zəhmətimdən  olan  qazancımdan  idi. 
Onlar çox gözəl bilirdilər ki, mən heç vaxt internata məx­
sus  olan  heç  nəyə  tamah  salmamışam,  rüşvət  nə  oldu­
ğunu  bilməmişəm,  internat  direktorluğundan  sonra  işlə­
diyim  daha  böyük  vəzifələrdə də heç vaxt  əqidəmə,  məs­
ləkimə xəyanət etməmişəm.
Qonşularım  və  qohumlarım  yaxşı  bilirdilər  ki,  bu 
yaxın  çağlara  kimi  həyətimdə  iki-üç  baş  sağmal  inəyim
'Elbrus Ş a f m a r ________________________________________
126
olub. Ona görə də onun ağartısından nəinki mən və həyat 
yoldaşım, eləcə də çoxları yeyib-içib.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin