- Eşitdiyimə görə, siz internatda direktor olduğunuz zaman, Sizi o vaxt Maarif naziri işləyən Kamran Rəhimov qəbuluna çağırtdırıb və siz də... - Elbrus, qardaşım, sözünüzü kəsdiyimə görə üzr
istəyirəm, ona görə ki, verəcəyiniz sualı havada tutdum.
Bir gün Qusar rayon maarif şöbəsinin müdiri mənə
xəbər verdi ki, sabah filan saat, filan dəqiqədə Maarif
naziri Kamran Rəhimovun qəbulunda olmalıyam. Və
mən də deyilən vaxtda nazirin qəbulunda oldum. Nazir iş
otağında tək olsa da məni gözlədəsi oldu. Görünür bu
nunla da öz vəzifə böyüklüyünü nümayiş etdirmək və
məni təsir altına salmaq istəyirdi. Ancaq mən 40 dəqi
qədən artıq gözləməyib onun qəbul otağını tərk elədim.
Sabahısı gün məni yenidən nazirin yanma çağırdılar.
Bu dəfə məni gözlətməyən nazir məni çox ciddi, bir qədər
də qaş-qabaqlı qarşıladı və məni təkəbbürlü olmaqda
ittiham etdi. Mən də, özüməməxsus ötkəmliklə nazirə
cavab verdim. Sözümü kəsmədi, fikrimi axıra qədər
dinlədi və sonra gülümsünüb mənimlə razılaşmalı oldu.
_____________________________________ Qusar beşiyim mənim 125