Tlbrus Şafımar
bərlik etmək, işin uğuru üçün onlara qarşı tələbkar
olmaq üçün verilmir.
Vəzifə sahibi təkcə rəhbərlik etməklə kifayətlənmə
məli, o həm də kollektivin xidmətçisi olmalı, onların qay
ğısına qalmalı, gün-güzaranları ilə maraqlanmalıdır. Ona
görə müəllimlik peşəm həmişə qolumdan tutub, mənə
düzgün yol göstərib.
Makedoniyalı İsgəndər deyərmiş ki, həyata gəlmə
yimə görə atam Filipə, ləyaqətli həyat sürməyimə görə isə
müəllimim Aristotelə borcluyam. O baxımdan hansı
vəzifələrdə işləmişəmsə bizlərə ləyaqətli həyat sürməyi
öyrədən müəllimlərə böyük ehtiramım olub və özüm də
müəllim olduğumdan müəllimlik psixologiyama ögey
olmamışam. Həmişə əmək mənim həyatım, fədakarlıq isə
dünyam olub. Başqası üzərində nəzarəti itirmədiyim kimi
öz üzərimdə də nəzarəti itirməmişəm. Onu da deyim ki,
mən müəllim olanda mənə vəzifə adamı kimi, vəzifədə
olanda da eyni zamanda müəllim kimi baxıblar və mən
bunu məğbul bilmişəm.
Bir dəfə Qazı Məhəmməd Şeyx. Şamilə deyir ki, dos
tum, səni and verirəm Allaha, nə vaxtsa müqəddəs bor
cuma xəyanət etsəm məni öldürərsən.
Həmin fikrin qüvvəti olaraq deyim ki, mən də heç
vaxt müqəddəs borcuma xəyanət etməmişəm, nə müəl
limlik peşəmə, nə vəzifə borcuma, nə də vətəndaşlıq və
bir ləyaqətli insan kimi yaşamaq borcuma.
Dostları ilə paylaş: