Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Ömürlük  yaşamaq  üçün  uzaq-uzaq  məmləkətlərə  üz



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə45/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   41   42   43   44   45   46   47   48   ...   174
-  Ömürlük  yaşamaq  üçün  uzaq-uzaq  məmləkətlərə  üz 
tutanlar bu barədə fikrinizi bilmək istərdim.
106___________________________________________________ _______________
I
'I
1
*
:
i
i
-  Ana  vətəni,  ana  yurdu,  ata  ocaqlarını  göz  bəbəyi 
kimi  qorumaq,  onun  ağrısı  ilə ağrımaq,  sevinci  ilə sevin­
mək  hər  birimizin  müqəddəs  borcudu.  Heç  vaxt  fikirləş­
məyək  ki,  o,  bizə  nə  verib  (əslində  çox  şey  verib,  onu 
sadalamağa  ehtiyac  görmürəm).  Götür-qoy  edək  ki,  biz 
ona nə vermişik. Zərurət olmadan xoş gün-güzəran üçün, 
başqa  məmləkətlərə  ömürlük  yaşamaq  üçün  üz  tutmaq 
ən  azı  böyük  günahdır.  Elə  bilirəm  ki,  mənim  fikir  və 
düşüncələrimə şərik olasınız.
Belə  bir  təmsil  var.  Deyirlər,  uçan  bir  bayquşdan 
göyərçin  hara  üz tutduğunu soruşar.  O da cavab verir ki, 
qərbə  uçur.  Göyərçin  soruşur,  niyə  öz  doğma  yerlərini 
atıb qürbət yerlərə uçursan? Bayquş cavab verir:
- Ona  görə ki, burda məni  sevmirlər,  bəyliyimə şübhə 
edirlər ki, səsim zəhlətökəndir.
Göyərçin də ona cavab verir:
- A bayquş,  sən  doğma yerləri yox, öz səsini  dəyişmə­
lisən.  O  səs  ki,  səndədi,  heç  qürbətdə  də  səndən  xoşu 
gələn olmayacaq.
Onu da  deyim  ki,  dolanışıqla  bağlı  bir müddət  xaricə 
üz  tutmaq,  orda  hansısa  bir  yararlı  iş  görmək,  yaxud 
təşkil etmək, yeri gələndə Azərbaycanımızı  müsbət  məna­
da  tanıtdırmaq,  əlbətdə  alqışa  layiqdir.  Ancaq  heç  bir 
məcburiyyət olmadan  Vətəni atıb getmək,  bayaq dediyim 
kimi, böyük günahdı, böyük də cinayətdir.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin