ömrünüz mübarizələrdə keçib, axı, Siz bütünlüklə Azər baycanı sevmisiniz, anadan olduğumuz torpağı müqəddəs bilib əzizləmisiniz, Qusan beşiyiniz bilib, onun dağlannı, könüloxşayan təbiətinin vurğunu olmusunuz. Zeynəddin müəllim, axı, Qusar dağlarının ballı çiçək lərinin gözü yollarda qalıb, neçə aydıkı Zeynəddin nəfəsi, Zeynəddin hənri üçün darıxıb. Deyirəm, bəlkə bir qədər göz rahatlayan, könül oxşayan Qusar dağlarına səyahətə çıxaq, onun gözəlliyindən, can dərmanı sularından söz açaq? - Elbrus, qardaşım, sözlərinizlə məni kövrəltdiniz,
ürəyimdə, könlümdə xoş duyğular oyatdınız, məni
gənclik illərimə və yaxın ötən günlərimə qaytardınız. Onu
da deyim ki, mən də, həyat yoldaşım Şərqiyyə xanım da
təbiət vurğunuyuq. Vaxt tapan kimi özümüzü dağları
mıza çatdırmışıq, çiçəyindən dərib, can dərmanı olan
dupduru sularından sirab olmuşuq. Vaxt olub dağları
mızı gəzərkən dağ günəşindən yandığımız məqamda dolu
başımızın üstünü alıb, daldalanmağa qaya axtarmışıq,
ağac oğuşu axtarmışıq.
Dağlarımızın hamısı gözəldir, hansını deyim, bir
deyil, beş deyil. Hər halda bir neçəsinin adını çəkirəm:
Şahdağ, Yaru dağı, Kabaş dağı, Tufan dağı, Nisen dağı,
Marğu dağı, Silibir yaylaqlan, Bazardüzü dağı, Bazar-
yurd dağı. Çaylarımızdan - Samur çayı, Qusarçay, Ukur-
çay, Şahnabat çayı. Şəlalərimizdən - Şahdağ şəlaləsi,
Qoşa şəlalə, göllərimizdən Tufan gölü, Şıxmirzə gölü. Bu
sadaladıqlanm hamısı deyil, onları gəzib-tanımaq üçün
nə göz doyur, nə ürək, nə də ki, bir ömür yetər.