TlBrus Şahm ar
lamlannda, eləcə də müqəddəs sayılan müdriklərin
kəlamlarında da öz əksini tapıb.
Həmin fikirlərin təsdiqi olaraq tarixi bir hadisədən
söz açmaq istərdim:
15-ci əsrdə yaşamış böyük türk (özbək) şairi, mütə
fəkkiri və dövlət xadimi Əlişir Nəvai məktəb yoldaşı və
dostu Hüseyn Beykaranın hökmranlığı illərində bir sıra
yüksək vəzifələrdə çalışmış və baş vəzir olmuşdur. Əlişir
Nəvai həmişə dövrünün alimlərinə, şairlərinə, musi
qiçilərinə, xəttatlarına, rəssamlarına və eləcə də ehtiyac
içində olanlara himayədarlıq edib. O, hökmdara müsbət
təsir göstərib, karvansaralar tikdirib, kanallar çəkdirib.
Rəvayət edirlər ki, Əlişir Nəvai ömrünün ahıl çağında
Həcc ziyarətinə getmək istəyir. Ona görə hökmdardan
icazə almaq üçün dalbadal iki il ona üz tutur, nəhayət
üçüncü il onun razılığını ala bilir. Şair yola düşmək üçün
hazırlıq görməyə başlayır. Bunu eşidən camaat onun
qapısına yığışır, kimisi ağlayır, kimisi ahr-nalə edir.
Bu hal Nəvaini təəccübləndirir, heyrətə gətirir. Ca
maat isə bir ağızdan «Ey bizim pənahımız, ümidimiz, xe
yirxahımız, - deyir, - eşitmişik bizi həyansız qoyub Həcc
ziyarətinə getmək istəyirsən. Sən gəl bu fikirdən daşın,
daşı ətəyindən tök, bizi gözü yaşlı qoyub ziyarətə getmə.
Sən getsən bizim halımız fəna olar. Hər yerdə dinclik
pozular, nahaq qan dizə çıxar. Axı sən Həcc ziyarətinə
getməsən də olar, sən onsuz da onun savabını burda
etdiyin saysız-hesabsız xeyirxah işlərinlə qazanmısan».
Və camaatın bu münasibətindən mütəəssir olan şair
onlarla razılaşmalı olur.
Deyirlər ki, bir nəfər Həcc ziyarətinə hazırlaşdığı vaxt
öyrənib bilir ki, qonşusu aclıqdan pis vəziyyətdədi. Onun
162
evinə gedib görür ki, qazanda leş əti qaynadılır. Ona görə
cibindəki ziyarət üçün saxladığı pulları, uşaqların ərsiz
olan analarına verib, evdən çıxandan sonra üzünü yuxarı
tutub deyir: - Ya Rəbbim, Həcc ziyarətimi qəbul et.
Allahdan da səda gəlir ki, ziyarəti qəbul olundu.
Rəvayətdən göründüyü kimi imkansız adamlara əl
tutmaq, xeyirəməl sahibi olmaq, yetim sevindirmək Allah
dərgahında daha uca tutulur.
Dostları ilə paylaş: