yiq söz deyib, yerində otuzdurum. Közü öz qabağına
çəkənlərdən zəndeyi-zəhləm gedib. Elə adam tanıyıram
ki, ağlayanda gülməyim gəlir, elə adam da tanıyıram ki,
o güləndə ağlamağım gəlir. Heç vaxt haqsızlıq qarşısında
susmamışam, məqamında ona qarşı çıxmışam. İnandığım
həqiqəti heç kimə güzəştə getməmişəm. Bu fikrim Həzrət
Əlinin belə bir kəlamını mənə xatırladıb həmişə: «Haq
sızlıq önündə susanlar dilsiz şeytanlardı.»
Onu da deyim ki, haqsızlığa qarşı çıxmaq, bildiyin
həqiqətdən dönməmək hər kişinin işi deyil. Bu yöndə
adamın başı bəlalar çəkir, varını, vəzifəsini itirir. Ancaq
insan bu sadaladıqlarımı itirsə də, varlığını itirmir, vicda
nı qarşısında günahsız olur. Bu yöndə Əlibəy Hüseyn
zadə deyir:
«Ucundadır dilimin, həqiqətin böyüyü,
Nə qoyurlar deyəyim, nə kəsirlər dilimi.
Yar-yoldaşına edilən haqsızlığa qarşı gücün olduğu
halda çıxmasan, gec-tez özün haqsızlıqla üzləşməli
olacaqsan və onda sənə də havadarlıq edən olmayacaq.
Elə adamlar var ki, səhər və axşam çağı üstünə düşən
günəşin şüalarından boy atan, kölgəsinin böyüklüyünə
baxıb özlərini böyük, əzəmətli və yenilməz sayıblar.
Elələri vəzifə kürsüsündə olanda daha çox dəhşətli olur,
daha çox haqsızlıqların meydan sulamasına rəvac verir.
Böyük yazıçı Balzak demişkən: - elə adamlar sıfır tim-
salındadır, qabağında bir rəqəm olmasa heç nədir.
Onu da deyim ki, Adəm övladı bütün zamanlarda
həqiqət və ədavət axtarışında olub. Ancaq nə fayda
Şekspir demişkən: Həqiqət vəfalı köpək kimidir. Onu
qamçılaya-qamçılaya it damına qovurlar, əl tulasını isə
'Elbrus Şahmar________________________________________
1 6 4
İ
I
'i
buxarı başında qızdırıb əzizləyirlər, o da yavaş-yavaş
evin havasını xarab eləyər.
Dostları ilə paylaş: