məşğul olan xüsusi bir dəstədir) 2000-ə yaxın alçaq müsəlmanların cəsədlərim toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşı nında mən başından və qollarından yaralanmış 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş- yavaş nəfəs alır. Soyuqdan titrəyən, ac və susuz olan ağır yaralanmış həmin qız hələ də sağ qalmışdı, ölümlə müba rizə aparan bu qızın gözlərini heç vaxt yaddan çıxartmaya- 96
cağam. Sonra Tiqranyan familyalı bir əsgər onun qulaq
larından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə
atdı. Daha sonra onları yandırdılar. Tonqaldan gələn inilti
və ağlamaq səsləri isə hələ də kəsilməmişdir.»
- Elbrus, qardaşım, dediklərin məni son dərəcə mütə
əssir etdi. Dədə-baba düşmənlərimiz erməniləri vəhşi
likləri, qaniçənlikləri, müsəlman qanına yerikləmələri bir
daha məni varımdan yox etdi. Onlar düzələn deyil.
Atalar yaxşı deyib ki, qozbeli qəbir düzəldər. Onu da
mən əlavə etdim ki, qozbelin də elə düzəlməsinin nə
özünə, nə də başqalarına heç bir xeyri olmaz.
Sözünüzün qüvvəti olaraq deyim ki, Quba rayonu
ərazisində vaxtı ilə erməni silahlıları tərəfindən silahsız
olan dədə-babalarımızın qətlə yetirilib, üst-üstə qalanıb
qaldığı sümükləri bu gün də gözdağı kimi durur, hər
görənin qəlbində qaniçən ermənilərə qarşı nifrət tonqalı
yandırır.