- Zeynəddin müəllim, bəlkə bu yöndə daha ətraflı söh
bət edək, bir daha yaxın-uzaq keçmişimizə səyahət edək?
- Mən elə sizin kitablarınızdan bu yöndə oxuduqla
rında sualınıza cavab vermək istərdim:
Bütün məqamlarda «Allah kərimdi», «Allaha təvək
kül» dedik. Allah isə deyir ki, səndən hərəkət, məndən
bərəkət. Çox vaxt mühafizə edə bilmədik, ehtiyatlılığı-
mızı, sayıqlığımızı itirdik. Və itirə-itirə kiçildik, talan,
qarət olduq. Hər şeyi tale və alın yazısı bildik. Dedik ki,
Allah yaratdığını özü də hifz edər. Unutduq, peyğəm
bərimizin bu sözünü: «Allaha güvənin, ancaq dəvəni
bağlamağı unutmayın.» Bir tərəfdən də gəlişi gözəl söz
lərin, yalançı nəvazişlərin və saxta məhəbbətin hesabına
murdar niyyətlər, pis işlər də həyata keçirilir. Bu isə
bizim mənəvi məğlubiyyətimiz və tənəzzülümüzdü. Bir
tərəfdən də suyumu, niyyəti pis olan bəzi qələm sahibləri
Əlinin papağını Vəlinin və Vəlinin papağını Əlinin başına
keçirməklə başımızın altına yastıq qoydular. Həzrət Əli
demişkən: «Zatı pak olan şəxsin ağzından pis söz çıx
maz». Qəvi düşmənlərimizdən başqa bizə doğma olanlar
da bir tərəfdən qənim kəsildi ala ocağımıza, ana yurdu-
93
_____________________________________Qusar beşiyim manim
•Elbrus Şahmar
muza, küll halında Azərbaycanımıza. V.Şekspir demiş-
kən: «Qanımıza ən çox həris olanlar qanımıza ən çox
yaxın olanlardı. Xainlərin qanım tökmək isə ədalətdir.»
Həqiqətin inkaredilməz hökm dairəsi var. Vətən mə
həbbəti
insanın
doğulduğu
dam-daşdan
başlayır.
Ü.Hacıbəyli deyirdi: «Binanın son daşı heç vaxt bünövrə
daşını inkar edə bilməz, etsə özü yuxarılarda dayana
bilməz».
Son 20 ildə neçə-neçə ahılımız, cavanımız torpaq
həsrətilə dünyalarını dəyişdi.
Böyüklərin ətəyindən tutan şərəfsiz adamlardan nə
qədər zəhləm gedirsə, bir o qədər də şərəfsizlərin tərəfini
saxlayan böyüklərdən gedir. Bizim arxalandığımız haqqı
mız və həqiqətimizdi. Düşmənlərimizin isə güvəndiyi
zordu, yalandı, iftira və böhtandı, qarayaxmadı, yalına
yalmandığı ruslardı. Zaman keçər zor qüvvədən düşər, it
sahibinin itə acığı tutar, yalını, sümüyünü verməz. Bax,
onda həqiqət öz yerini tapar, ədalət öz sözünü deyər,
mizan-tərəzi öz ölçüsünə düşər.
Sultan Məcid Qənizadə yazılarının birində göstərir ki,
İvan Qroznı belə deyirmiş: - Tatarlar, türk, pers (fars),
çeçen və sairə gərəksiz zir-zibillərin əlindən biz rus milləti
çox qanlar udmuşuq. İndi böyük Rusiyada onlar üçün
yer yoxdur... Haydı! Hara gedirsiniz, gediniz - yol
açıqdır, Tursiyaya, Persiyaya. Nu...»
Budur, rus çarlarının zaman-zaman bizlərə olan
münasibəti, baxışı və niyyəti. Ədəb-ərkandan çox-çox
uzaq olan bu sözlərin içində ermənilərin adım hallandır-
mayan çar bizə yol göstərir, ancaq Pyotr kimi o da
gözlərini bizim münbit, eyni zamanda strateji cəhətdən
sərfəli olan torpaqlarımızdan çəkmir.
9 4
İndisə vaxtilə şərəfmə heykəllər ucaltdığımız, xiya
banlar, şəhərlər saldığımız, bütün ali məclislərdə adlarını
ehtiramla çəkdiyimiz, bolşeviklərin mənəvi atası sayılan
Leninin yaxın silahdaşlarından biri, az qala ətəyində
namaz qılınan Şaumyanm Andronikdən aldığı teleqrama
cavab olaraq ünvanladığı teleqrama nəzər salaq.
«Xalqın rəhbəri Andronikə!
Sizin teleqramı aldım. Mətni bütünlükdə Moskvaya,
mərkəzi hökumətə çatdırdım. Öz tərəfimdən Sizin şəxsi
nizdə əsl xalq qəhrəmanını salamlayıram. Əgər Kaçaznu-
ni (daşnak hökumətinin ilk başçısı olub) və başqaları da
Sizin kimi olsaydılar, erməni kəndliləri indiki faciəni ya
şamalı olmazdı. Sizin bayrağınız altında döyüşən bütün
igid əsgərlərə və bütün zəhmətkeş əhaliyə salam söyləyin.
Stepan Şaumyan».
Bu da lənətullah Şaumyan, vaxtilə adını fəxrlə çək
diyimiz, ehtiram əlaməti olaraq ayağa durduğumuz, al
qışladığımız, şəkillərini iş otaqlarımızda asdığımız (hansı
ki, özü boğazdan asılmağa layiq idi), guya sümüklərini
silahdaşlarının sümükləri ilə Bakımızın mərkəzində mü
qəddəs torpağımıza tapşırdığımız, toy-düyündə, bayram
günlərində, onun doğum günündə, «qətlə yetirildiyi gün
də» üstünə gül-çiçək qoyduğumuz, şəninə qiymətli sözlər
dediyimiz, adını şəhərimizdə, rayonlarımızda, kolxoz və
sovxozlarımızda, küçələrimizdə əbədiləşdirdiyimiz, şərə
finə heykəllər ucaltdığımız Şaumyan - yırtıcı canavar,
xalqımızın qanına yerikləyən vəhşi köpək.
Şərq və Qərbin ən böyük simalarından biri, elm fə
daisi, professor Mirzə Kazımbəylə bağlı bir əhvalatı xa
tırladım. Mirzə Kazımbəy ömrünün sonlarında səfərdə
olarkən London şəhərində yerləşən Asiya muzeyində
_______________________ _____________ Qusar beşiyim rratıim
_____95
'Elbrus Şahm ar
Nizami Gəncəvinin əlyazması olan nadif nüsxəsinə rast
gəlir və o, bu tapıntıdan sevindiyi qədər də qəmlənir və
fikrə dalır. Bu vaxt muzeyin işçisi, onu «bizə satıblar»
deyir. Sonra da əlavə edir ki, əgər satmasaydılar, yəqin
ki, indi it-bata düşərdi. Mirzə Kazımbəy də köks ötürüb
acıqlı-acıqlı deyir: «İxtiyarım olsaydı, bu əlyazmalar
üçün sizdən pul alan o adamın əllərini kəsərdim.»
Məndə belə bir inam var ki, Nizaminin həmin
əlyazması da erməni əli ilə xaricə satılıb.
Dostları ilə paylaş: |