Elbrus Şahmar
Daha sonra əsərin bir yerində göstərilir ki, Pənahəli
xan Car-Balakən vilayətinə gedir və özünə ləzgilərdən
ibarət böyük dəstələr düzəldir.
Əsərin başqa bir səhifəsində isə deyilir ki, İbrahim
xanın Şuşada 3 min nəfər ləzgilərdən ibarət döyüşçüləri
varmış. Bu baxımdan Mirzə Camal Cavanşir Qarabaği
nin «Qarabağ tarixi» əsərində də maraq doğuran faktlar
vardı. O, göstərir ki, 1797-ci ildə Qacar Şuşada qətlə yeti
rilən zaman kəsiyində İbrahim xan Kür qırağında olur.
Bu vaxt xanın qardaşı oğlu Məhəmməd bəy xanlıq id
diasına düşür. Ona görə ibrahim xan oğlu Məhəmməd
həsənin başçılığı ilə 500 nəfər ləzgi döyüşçüsünü Şuşaya
göndərir.
Belə faktlan çox çəkmək olar, ancaq xoş gündə də,
ağır gündə də bir-birimizə arxa-dayaq olmaq baxımından
dediklərimi indi haqq dünyasında olan xalq şairi
Mirvarid Dilbazinin 14 yanvar 1999-cu ildə «Samur»
qəzetində çap olunmuş bir yazısı daha səciyyəvidir.
Həmin yazısından görünür ki, ruslar XIX əsrin əvvəllə
rində Gəncəyə hücum edən vaxt 15 nəfər ləzgi ticarət
məqsədi ilə Gəncədə olur. Sisanovun hücumundan əvvəl
onlar şəhərdən çıxa bilərmişlər. Lakin bunu qeyrətlərinə
sığışdıra bilmir, qardaşlarını ölüm ayağında qoyub
salamat qalmaqdansa şərəflə döyüşüb şəhid olmağı üstün
tuturlar və bərabər olmayan bu döyüşdə də şəhid olurlar.
Bu hadisəni Cavad xanın dostu, şair Əbdürrəhman ağayi
Dilboz oğlu belə qələmə alıb:
Guş qıl ey əhli aləm, qələdə on beş ləzgi var,
Andrey Yaxsay elindən kim gəlib etsin tücar,
Hər biri Dağıstan içrə mərdi-meydan-namidar,
8 4
Dostları ilə paylaş: