Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə37/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   33   34   35   36   37   38   39   40   ...   174
-  Xahiş  edirəm  ki,  bir tarixçi  və  bir  qusarlı  kimi,  onun 
tarixindən, dünənindən, bu günündən  bir daha söz açasınız, 
qısaca  olsa  da  qusarlılar  barədə  söz  deyəsiniz.  Bu  yöndə 
sizin  fikiriniz  daha  maraqlı  olardı.  Bir  də  qısa  cavab 
verməyinizi ona görə zəruri bilirəm ki, bu yöndə mən də bir 
çox qaynaqlara istinad edib yetərincə söz demişəm.
-  Ən  əvvəl  onu  deyim  ki.  Qusar  Azərbaycanımızın 
şimal  bölgəsində  həm  sahəsinə,  həm  də  əhalisinə görə  iri 
rayonlardan  biridir.  Azərbaycanımızın  uğuru  da,  ağrı- 
acıları  da  Qusara  doğma  olub.  Biz canbir qəlbdə zaman- 
zaman  birlikdə  yaşamışıq  və  aramızda  heç  bir  ayrıseç- 
kilik görməmişik.  Düzdü  keçən  əsrimizin  sonlarında  bəzi 
təxribatçı  qüvvələr  bu  birliyi  pozmağa  can  atsa  da.  onlar 
elə qusarlıların  özləri  tərəfindən yerlərində otuzdurdular.
____________________________________ Qusar beşiyim mənim
9 7


T lb m s  Ş a h m a r
Qusar Azərbaycanımızın qədim diyarlarından  biridir. 
O,  mənim  ana  beşiyim,  könül  həmdəmim,  təsəllim, 
fəxrim,  fəxarətimdir.  Qusardan  dünyamıza  göz  açıb  alə­
mə  səs  salan  bir  çox  övladları  var.  Mən  onların  adlarım 
iki  səbəbdən  çəkmirəm.  Ona  görə  ki,  kimlərinsə  adı 
yadımdan  çıxar,  həm  də  ona  görə  ki,  bu  barədə  sizin 
yetərincə söz deməyinizə əminəm.
Qusarın  tarixindən  bildiklərimi  sizin  diqqətinizə 
çatdırıram.
A.A.Bestiyev  -   Marlinski  1834-cü  ildə  Qusarda  qo­
naq  olub.  Bu barədə o, «Qubaya yol» yazısında məlumat 
verib.
1866-cı  ildə  Qusarda  dövlət  tərəfindən  ilk  dəfə 
məktəb açılıb.
1920-ci  illərdə Quba qəzası tərkibində olan  Qusar ra­
yonunun ərazisində 3 dairə olub: Qusar, Həzzə və Əniğ.
1925- 
ci  ildə  rayonda  ilk  dəfə  olaraq  qadınlar  klubu 
yaranır.
1926-  cı ildə Hilin əhalisi 3744 nəfər imiş.
1928-ci  ildə  rayonda  artellər  yaradılır  və  sonralar  isə 
kolxozlara çevrilir.
1930-cu  ilin  iyulunda  müstəqil  rayon  olur  və  ilk  dəfə 
mərkəzi  Həzrə,  az  sonra  isə  mərkəz  Hilə  köçürülür. 
Rayon  Partiya  Komitəsinin  1-ci  katibi  Məhəmməd 
Cəfərov və katibi isə Talib Talıbov olub.
1930- 
cu  ilin  sentyabrında  Hildə  «Qadınlar  şurası» 
yaradılır və Güllü Şahmərdanova onun ilk rəhbəri olur.
1931- 
ci  ilin  yanvarında  Hil  rayonun  1-ci  Şuralar  qu­
rultayı  Nurəddin  Şərifovu  rayon  İcraiyyə  Komitəsinin 
sədri seçir.
9 8
1934-cü  ilin  dekabrından  rayon  mərkəzi  Qusara  kö­
çürülür  və  1938-ci  ilin  noyabrından  Qusara  şəhər  adı 
verilib.
Qusar  toponimi  barədə  «Azərbaycan  toponimləri» 
kitabında göstərilir  ki, ona  1918-ci  il  sənədlərində Qusar- 
qala  adında  rast  gəlinir.  «Dərbəndnamə»  kitabında  isə 
həmin  toponim  Kusayr  kimi  qeyd  olunur.  Bu  ad  isə 
kosar və ya kusar tayfasının adı ilə bağlanır.
Qusarın  göz  oxşayan,  könüllər  duyğulandıran  gözəl 
bir təbiəti  var.  Onun  göylərə  meydan  oxuyan  Bazardüzü 
dağı,  Şahdağı  və  başqa  dağları,  can  dərmanı  bitkiləri, 
suları  var.  Onu  da  deyim  ki,  Qusarda  3  minə  yaxın  olan 
bitki dünyası,  Samur çayı, Uğurçayı və Qusarçayı, Tufan 
gölü  və  Şıxmirzə  gölü  var.  Qusarın  zümrüd  meşələri  bir 
də  yeraltı  təbii  sərvətləri  var.  Təkcə  mənim  anadan 
olduğum  Hil  kəndində  yaşı  500-600  illə  ölçülən  fıstıq 
ağacları da vardır.

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin