gedir. Allahı tanıyanlardan biri də, elə tamahı olmayan- lardı. Bax, digər müsbət insanı keyfiyyətlərinizə görə də barənizdə kitab yazmaq arzusunda oldum. Kitabın ayrı-ayrı fəsillərində, bölmələrində dönə-dönə barənizdə dediyim fikirlərim Sizə təkrar kimi görsənməsin. İnanın ki, mən özümü həmin fikirlərimi yazmaqdan çəkin dirə bilmirəm. Zeynəddin müəllim, indilikdə Sizə olan növbəti sualım belədir: Deyirlər ki, kəndinin qədrini bilməyən paytaxtının da qədrini bilməz. Adam var ki, evi onun vətəni, ailəsi isə onun xalqıdır. Xahiş edirəm bu fikirlər ətrafında söz açasınız. - Elbrus, qardaşım, bildiyimiz kimi nə qədər Adəm
övladı varsa, bir o qədər də xarakterlər, fərdi xüsusiy
yətlər vardı. Sualınıza rəğmən onu deyə bilərəm ki, dün
yamızda kimisi vətənpərvərdi, kimisi də qarmpərvər, cib-
pərvər. Bax, indi biz qızıl payız günlərində, ömrümüzün
qızıl çağında yaşayırıq. Əminəm ki, bu çağımızda sual
larınızın da, ona verilən cavablarımın da, əyarı, düz ölçü-.
lü, düz çəkili olacaq, çalışacağam ki, cavablarımın məna
dərinliyini təmtəraqlı sözlərdə deyil, ürəyimdən su içən
sadə sözlərimdə tapım. Həyatda elə hisslər, elə düşün
cələr var ki, onları yalnız yaşamaq, duymaq olar, onlar
çox vaxt nə dilə gəlir, nə də ki, qələmə. Onu da deyim ki,
həyat nə qədər məşəqqətli və ağrılı olsa da, o yenə də
gözəldir.
Şeyx Şamilin belə bir müdrik kəlamı var: «Gələcək
haqqında fikirləşəndə heç vaxt keçmişi unutmayaq».
Bizlər isə çox zaman unutduq keçmişimizi, keçmişimizdə
baş verən qanlı-qadalı hadisələri, bizlərə qurulan tələləri,
tariximizi saxtalaşdıran faktları. Dedik, dözümlü xalqıq,
92________________________________________________________
geniş ürəyimiz var, bağışlamağı bacarırıq. Və keçmişi
mizdə olan haqsızlıqları unutmaqla sanki babalarımız
bizləri, bizlər isə nəvələrimizin aqibətini unutduq. Bu
yöndə Hüseyn Arif deyir:
«Ata yurdumuzdan ilham almasaq, Zaman ağac kimi qurudar bizi, Bu gün babaları yada salmasaq, Sabah nəvələr də unudar bizi.»