- Eşitdiyimə görə, 1992-ci ilin oktyabrında Quba şəhə rində keçirilən arzuolunmaz bir mitinqdə həmin regionun rəhbər işçilərindən təkcə Siz mitinqçilərlə görüşüb, onların qarşısında məntiqli çıxış etmisiniz və sonda hər şey öz müs bət həllini tapıb. Bəlkə o günləri xatırlayasınız, bu yöndə söz deyəsiniz. - 1992-ci ilin oktyabrı idi, axşam saat 8.00-da olardı,
Prezident aparatından zəng edib bildirdilər ki, Quba
şəhərində «ÇP» var, polis işçiləri ilə birlikdə ora gedim.
Ancaq mən tək getdim. Quba rayon İcra Hakimiyyətinə
çatanda gördüm ki, binanın qabağına xeyli adam
toplanıb. Dəvəçi, (Şabran) Xaçmaz və Qubanın polis
işçiləri də orda idilər.
Bakıdan Arif Hacıyevlə birlikdə Milli Təhlükəsizlik
nazirinin müavini Sülhəddin Əkbərov da gəlmişdi. Onlar
məndən soruşdular ki, bəs, Qusar rayon polis əməkdaş-
140_____________________ __
lari hardadı. Dedim ki, biz bura davaya gəlməmişik, söz
deməyə, bir-birimizi anlamağa gəlmişik. Ona görə də
onların gəlməsini zəruri bilmədim.
Mitinqçilər Quba rayon İcra Hakimiyyəti binasının
yaxınlığında olan «dəmir körpüsü» deyilən yerə toplaş
mışdılar. Tələbləri də Quba rayon İcra başçısı Sübhan-
verdiyevin vəzifədən azad edilməsi idi.
Mən Quba İcra Hakimiyyətində olan vəzifəli şəxslərə
dedim ki, mitinq işçiləri olan yerə məndən başqa heç kim
getməsin, mən özüm onlarla danışıb razılığa gələrəm. Elə
də oldu. Mitinqçilər qarşısında olub sözümü deyəndən
sonra, dedilər ki, dağılışırıq, ancaq iki şərtimiz var, birin
cisi odur ki, aramızdan 10 nəfər tutulub saxlanılıb, onlar
azad edilsin, ikincisi də ki, sabah, siz Zeynəddin Çələbov
bizim nümayəndəmizi Qusar rayon icra hakimiyyətində,
Arif Hacıyevin və Sülhəddin Əkbərovun iştirakı ilə qəbul
edib, bizi dinləyəsiniz. Mən onlara kişi sözü verdim,
tutulub saxlanılmış 10 nəfəri azad etdirdim və sabahısı
gün, deyilən şərtlə onların nümayəndəsini qəbul etdim.
Ancaq adları çəkilən vəzifəli şəxslərlə onları iş otağımda
qoyub, başqa yerə keçdim, ona görə ki, özümü o söh
bətdə artıq bildim.