- Sizcə savab iş nədir?
İmkan daxilində ehtiyacı olanlara əl tutmaq, ümid
sizliyə qapılanlara ümid, inam vermək. Eyni zamanda şər
işlərin qarşısını almaq, kimisə təhlükədən sovuşdurmaq
_________________ ________________
Qusar beşiyim mənim
169
TlBrus Şahmar
və sair. Yuxanda sadaladıqlarımı artırmaq da olar.
Ancaq elə bilirəm ki, sualınıza qısa da olsa kifayət qədər
cavab verdim.
- ömrünüzün 79 yaşı sizi qorxutmur ki?
- Sualınıza Zəlimxanın iki misrası ilə cavab verim:
Neçə ağır sınaqdan, imtahandan çıxmışam,
Dizimi qatlamağa yaşın hünəri çatmaz.
- Ağsaqqal sözü nədir?
- Ağsaqqal sözü sözlərin şahıdır. Hər birimizin o sö
zə, ağsaqqal tənbehinə ehtiyacımız var. Xoşbəxt o adam
dır ki, ağsaqqalı var, böyüyü var. Atalar təsadüfi yerə
demir ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma.
Bir də bəziləri elə başa düşür ki, ağsaqqal saç-saqqalı
ağarmış, ən azı yaşı yetmişi keçmiş adamlar olmalıdır. Bu
əsla belə deyil. Ağsaqqallıq yaşda deyil, əməllərə görədir.
Adam var otuz yaşında ağsaqqal adı qazanır. Adam da
var, səksən yaşında ona bu söz yaraşmır. Ta dövri qə
dimdən ağsaqqallar el arasında sözü keçən, düşmənçiliyə
son qoyan, küsənləri barışdıran olublar. Vaxt olub
hakimlərin, hökmdarların sözü keçməyən yerdə ağsaqqal
sözü keçib. Həyat belədir ki, ağsaqqalın özünün də
ağsaqqal sözünə, ağsaqqal məsləhətinə ehtiyacı olur.
Ümumiyyətlə, ağsaqqal olmaq şərəfli olduğu qədər
də son dərəcə məsuliyyətlidir. Adətən ağsaqqal adamlar
mərd, sözünün ağası olan müdrik adamlar olur. Bu da
təhsil, savad, vəzifə əsas rol oynamır.
o
УЧ У
Dostları ilə paylaş: |