- Ağsaqqal, bəlkə polisə olan münasibətinizdən söz aça sınız, onlar barədə ürək sözlərinizi deyəsiniz. - Polis dövlətin, hökumətin bel sütunlarından biri,
bəlkə də birincisidir. Bu yöndə Nobel mükafatı laureatı
Qabriel Markesin gözəl bir fikri var. O deyir: «Ədəbiyyat
yerli - dibli olmasaydı dünya zərrəcə də dəyişməzdi, am
ma polis olmasaydı, dünya tamam başqa cür olardı.»
Sovet dönəmində deyirdik ki, mənim milisim məni
qoruyur. İndi də böyük inamla deyirik ki, bizim polisimiz
178
bizi qoruyur. Mən dövləti polissiz təsəvvür edə bilmirəm.
Əgər polis olmasa heç bir ölkənin uğurlarından, əmin-
amanlığından, sabitlikdən və vətəndaşların təhlükəsizli
yindən söhbət açmaq olmaz. Mən özüm rayona rəhbərlik
etdiyim zaman kəsiyində də həmişə polisə və əhalimizin
sağlam qüvvələrinə güvənmişəm. Bütün bunları ona görə
demirəm ki, siz polis polkovnikisiniz, mənim dostumsu
nuz və barəmdə kitab yazırsınız. Mən həqiqəti deyirəm.
Onu da deyim ki, hər bir peşə sahibləri arasında işini
zərgər dəqiqliyi ilə bilən və vəzifəsini yüksək səviyyədə
icra edənlər olduğu kimi onun öhtəsindən gəlməyənlər də
var. O baxımdan polis də istisna deyil.
Bəzən orda da təsadüfi adamlar olur. Elələri uzun
ömür sürmür, gec-tez cəzalarını alır. Ancaq küll halında
götürəndə onların xalq qarşısında xidmətləri dərin ehti
rama və alqışa layiqdir və mən də özümü o alqışlayan
ların sırasında görürəm.