- Zeynəddin müəllim, Siz bir vətəndaş kimi hakimiyyət uğrunda mübarizə aparan qüvvələr barədə nə deyə bilərdiniz? - 20 ildən artıqdır ki, biz müstəqilliyimizi qoruya bil
mişik. Bu illərdə elə bir adam tapılmaz ki, müstəqil
liyimiz və torpaqlarımızın bütövlüyü uğrunda doğma
larından, qohumlarından, dost-tanışlarmdan kimsə şəhid
olmasın. Bunu unutmağa heç birimizin haqqı yoxdur.
Mən, bu gün hakimiyyətə can atan bütün qüvvələrə,
həyatın isti-soyuğunu görmüş bir ağsaqqal tövsiyyəsi
edərdim, həmin qüvvələr özlərinin siyasi əqidələrindən
qabaq dövlətimizin, dövlətçiliyimizin, küll halında xal
qımızın taleyini, gəncliyimizin gələcəyini düşünsünlər və
mübarizələrini sivil demokratik yollar və əsaslarla
aparsınlar.
Yüksək əxlaqa və təfəkkürə malik ölan şəxslər xalq
arasında, el-obasında işləməyi, ali mənsəb sahiblərinin
yanında buyuruqçu olub, firavan yaşamaqdan üstün
tutublar. Elələrinin yolu min b;r çətinlikdən keçsə də bu
yol onlan insanlığın ucalıq zirvəsinə qaldırıb.
Adətən işıqlı təfəkkür sahibləri son dərəcə işgüzar,
ədalətli, yeri gələndə güzəşt etməyi bacaran, lakin prinsi
pial məsələlərdə heç kimə güzəşt etməyən şəxsiyyətlər
olur. Bu şəxsiyyətlər hər bir məsələyə düzgün qiymət
verir, heç vaxt hissə qapılmır, tərəfkeşlik, yerlibazlıq,
dostbazlıq etmədən yaxşını yaxşı, pisi pis görür. Onlar
çox zaman özlərindən çox başqalarını düşünür, Vətənə,
xalqa xidmət etməyi ən ali insanlıq borcu, vətəndaşlıq
184
borcu bilir. Bax, belə şəxslər heç vaxt hakimiyyət uğ
runda pis niyyətlər üçün dəridən-qabıqdan çıxmaz, yük
sək vəzifələrə can atmazlar.