günün bir anım belə heç vaxt yenidən yaşamaq mümkün
deyildir. Ona görə həm özünə, ailənə və mənsub olduğun el-
obaya, xalqa yararh ola bilmək ovqatında olmalısan.
Qismətimizə düşən ömür payımızı xeyirxah duyğu və
əməllərlə, saflıq və düzlüklə, heç kimə baş əymədən, heç
İ M
kimin minnətin və tənəsin götürmədən, şəxsiyyətinə, soykö-
künə xələl gələ bilən hərəkətlərə yol vermədən yaşamalıyıq.
Bir də mənsub olduğumuz ölkənin layiqli övladı olmağı
gördüyümüz işimizlə sübut etməli xoşbəxtliyi vətənə, xalqa
sədaqətlə xidmət etməkdə, ömrü vətəndaşlıq və insanlıq
ləyaqəti ilə başa vurmaqda tapmalıyıq. Elə deyilmi?
- Cəmiyyət həmişə təzadlı olub güclü-gücsüz, varlı-
kasıb... Elə ki, sən o güclülərin qabağından qaçdın, onla
rın əlində əsir-yesir olacaqsan, qova-qova namərd
edəcəklər səni, alıb-satacaqlar, çeynəyib udacaqlar, o
hala salacaqlar ki, gücsüzü, kasıbı yox, güclünü, varlını
müdafiə edəcəksən və sənin bir fərd, bir vəzifəli şəxs kimi
faciən də ondan başlayacaq və sən dönüb şəxsiyyət ola
bilməyəcəksən. Elə ki, vəzifə kürsüsündən düşdün, bax
onda da heç harada, heç kimin yanında yerin olmayacaq.
Onu da deyim ki, mən heç vaxt vicdanıma ləkə düşməyə,
adıma söz gəlməyə yol verməmişəm, kişi kimi yaşamağa
üstünlük vermişəm.
- Zeynəddin daxa, zər və kəramət sahibləri barədə nə
Dostları ilə paylaş: |