Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə131/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   127   128   129   130   131   132   133   134   ...   174
'Elbrus Şafumr_____________
2 5 2 ________________________
ilə  müsahibəmə  nöqtə  qoyub,  sizin  həyatınızı  işıqlandır­
mağa  xidmət  edən  başqa  yazılarıma  keçirəm.  Və  mənimlə 
mehriban,  faktlara  və  tarixə  istinad  edən  səmimi  məntiqli 
söhbətinizə görə sizə öz minnətdarlığımı bildirirəm.
Onu da dyim ki, hər bir vəzifə kürsüsü zaman keçəndən 
sonra  «eks»,  yəni  sabiq  adlanır.  Təkcə  kişi  olan  kəslərin 
əvvəlində heç  vaxt «eks»  deyilmir. Ona  görə ki, kişilər bü­
tün  məqamlarda  həmin  sözün  daşıyıcısı  olur.  O  baxımdan 
siz də  kişi  adını  hər  zaman  uca  tutmuşunuz.  Ona  xələl  gə- 
tirməmisiniz.  Axı,  Siz Zeynəddin  Çələbovsunuz -  heç  vaxt 
sınmayan,  əyilməyən,  gözü-konlu  tox,  sözübütöv  Zeynəd­
din Çələbov!
-  Çox  sağ  olun,  qardaşım,  mən  də  sizin  mənə  qarşı 
olan  ehtiramınıza,  məhəbbətinizə  və  səmimi  dostluq 
münasibətinizə  görə  öz  təşəkkürümü  bildirirəm.  Allah 
bizlərə  ömür  versin  ki,  son  aylarda  yaranmış,  örnək  ola 
bilən dostluğumuzın ab-havasını, şirinliyini yaşaya  bilək!
_________________________________ Qusar beşiyim mənim
2 5 3


Mülayim ol, ancaq dəyənəyi əlindən yerə qoyma.
Teodor Ruzvelt 
ABŞ-m sadiq Prezidenti 
ıVəzifə  dəyişdikcə  vəzifə  dostları  da  dəyişir,ı 
yeniləşir.
Bayram Məmmədo vvQT
гя7япНяп  v f ln v ır   n a   * V
Vay o  kitabm halına  ki,  nə yazandan  yarıyır,  nə 
də ki, yozandan.
Əli Ildırımoğlu
Bilməlisən gədalar nə etdilər Vətənə,
Nə qoydular uyuya, nə qoydular oyana.
Əlibəy Hüseynzadə 
Bizdən də bir söz qalacaq, ay aman!
Kimlər bizdən söz salacaq, ay aman!
M. Şəhriyar
Dərdin əlacını qanandan istə.
Şamil Dəlidağ
Oxumayan üçün heç bir şey yazılmamışdır.
Cəlaləddin Rumi
Söz danışan ol, söz güləşdirən yox.
Azərbaycan atalar sözü  . 
İşin  rəzil  adama düşsə  özünü  yazıqlar cərgəsində'O 
hesab et.

«Qabusnamə;
Daxması olanın yaxası əldə,
Elə milyonçu var mülkü görünmür.
Musa  Yi
/cöwiUtin
m
1
м V
A
M


Bir  adamı  həmişə  aldatmaq  olar,  bəzi  adam 
lan  müəyyən  vaxt  aldatmaq  olar,  lakin  xalqı1 
daim aldatmaq olmaz.
A. Linkoln
Ata yurdumuzdan ilham almasaq,
Zaman ağac kimi qurudar bizi. 
i
Hüseyn Arif
Evdə arvadına sözü keçməyən,
İndi koxa olub, el dolandınr.
Aşıq Alı
Nə tirəbəxt olduq bu Qarabağda.
Q.Zakir
Mən  həyatda  yanız  yaradanıma,  zəhmətimə 
və bir də xalqıma arxalanmışam.
Heydər Əliyev
Kim  müxalifətdə  durursa  dursun,  ancaq  və­
təninə,  mənəviyyatına,  məsləkinə  müxalifətdə 
durmasın.
Heydər Əliyev ле~)
Biz bu aləmə bir eşq üçün ah etməyə gəldik.
Cəlaləddin Rumi 
Allahım, səndən başqa heç nəyi olmayan mən, 
səndən başqa hər şeyi olanlara yazığım gəlir.
Konfuts
Qusar deşiyim mənim
İKİ  KÖNÜL BİR OLSA...
Kim mənim eşqimə haqq versə, əgər duysa məni 
Çəkərəm minnətini gündə onun min dəfə mən.
Yar ilə olduğum anlar mənə dünyadan əziz,
Ey könül, dərdin əzizdir, tut əziz sən də onu.
Qeys ibn Müləwəh (Məcnun)
Tanınıb seçilən hər bir kişinin arxasında ağıllı  bir 
qadın durur.
Bayram Məmmədov
Başlıqda  verdiyim  bu  misra  bir  mahnının  sözlərin­
dəndir.  Yəni  önəmli  odur  ki,  iki  könül  bir  olsa,  bir-biri­
nin gözü  və duyğuları  ilə ətrafa  baxsa,  bir-birini  ürəkdən 
sevsə,  onlara  heç  kim,  heç  nə  deyə  bilməz.  Birdən  deyən 
olarsa,  demək  həmin  adam  duyğusuz  və  qəlbsiz  adamdı. 
Heç  şübhəsiz  sevənlər,  istək  və  məhəbbətin  nə  olduğunu 
bilənlər elə adamların sözlərini qəbul etməzlər.
Mən  kitab  üzərində  işləyərkən  həyat  yoldaşım  Raya 
xanım  Musa  qızı  ilə  qırx  gündən  çox  Zeynəddin  müəl­
limin  evində  olduq,  çörək  kəsib,  söhbət  etdik.  O  günlər 
mən  Zeynəddin  müəllimlə  ömür  yoldaşı  Şərqiyyə  xanı­
mın  münasibətlərində,  aralarında  olan  yaş  fərqlərini  sez­
dirməyən  böyük  bir  sevginin  və  məhəbbətin  şahidi  ol­
dum.  Və başqa  bir  mahnının  sözləri  yadıma  düşdü:  «Ya­
şın  nə  fərqi  var».  Bəli  təki  ürək  sevsin:  təki  könüllər  bir
2 5 7


olsun.  İlk  öncə  Şərqiyyə  xanımın  tərcümeyi-halı  ilə  tanış 
olaq, daha sonra onun özünü dinləyək.
Çələbova  Şərqiyyə  Rəcəb qızı,  19 yanvar  1960-cı  ildə 
Qusar rayonun Hil kəndində anadan olub.
Atası Qayıtmazov  Rəcəb  Eyyub  oğlu  ömrüboyu  dül­
gər işləyib. Hazırda təqaüdçüdür, həmin kənddə yaşayır.
Anası  -   Qayıtmazova  Fatimə  Fərəməz  qızı,  evdar 
qadın olub, 2002-ci ildə vəfat edib.
Ailədə 3 qardaş, dörd bacı olublar.
Böyük  bacısı  İlyasova  Simnarə  ailəlidir,  üç  övladı 
var. O, Qazaxıstanın Oktai şəhərində yaşayır.
Böyük qardaşı Qayıtmazov Eyyub ailəlidir, altı övlad 
atasıdır. Hil kəndində atası ilə birlikdə yaşayır.
Qardaşı  Qayıtmazov  Rahib,  Oktai  şəhərində yaşayır, 
ailəlidir, üç övladı var.
Bacısı  Bədəlova  Elyana  Oktaida  yaşayıb,  ağır  xəstə­
likdən  sonra  1999-cu  ildə dünyasını  dəyişib.  Onun  həyat 
yoldaşı  Bədəlov Ədalət və qızı Mərcan hal-hazırda Qaza­
xıstanın Oktai  şəhərində  yaşayır.  Şərqiyyə  xanımın  kiçik 
qardaşı Vacib  Qusar  şəhərində yaşayır,  ailəlidir,  bir qızı, 
bir oğlu var. Kiçik bacısı Sveta da ailəlidir. İki övladı var, 
Qusann köhnə Xudat kəndində yaşayır.
Bir  daha  qeyd  edim  ki,  o  günlər  doğma  bir  ailənin 
üzvü kimi  doğmalaşdıq, bir-birimizi daha yaxından  tanı­
dıq.  Mən  Zeynəddin  müəllimlə  Şərqiyyə  xanımın  müna­
sibətlərində böyük bir səmimiyyət və baxışlarında pak bir 
məhəbbətin yanğısını görüb-duydum. Nə vaxt Zeynəddin 
müəllimlə  söhbət  etdimsə  sədaqətli  bir  ər  gözümdə  can­
landı.  Nə  vaxt  Şərqiyyə  xanımla  həmsöhbətdə  oldumsa 
ərinə  vəfalı  və  məhəbbət  yanğısına  pərvanə  olan  bir  xa­
nım  gözlərimdə  və  qəlbimdə  müqəddəsləşdi.  Dönə-dönə

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin