Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


Oqtay  Rza,  (Rzalı  Oqtay  Məhərrəm  oğlu)



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə154/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   ...   150   151   152   153   154   155   156   157   ...   174
Oqtay  Rza,  (Rzalı  Oqtay  Məhərrəm  oğlu)  -   şair, 
1981-ci  ildən  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü, 
«Mikayıl  Müşfiq»  və «Qızıl  qələm»  mükafatlan  laureatı­
dır.  Bu  vaxta  qədər Oqtay  Rzanın  15  kitabı  çap  olunub. 
O,  1934-cü  il  oktyabrın  10-da  Salyan  rayonun  Qalalı 
kəndində  anadan  olub,  1956-cı  ildə  Azərbaycan  Sənaye 
İnstitutunun  geoloji-kəşfiyyat  fakültəsini  bitirib.  Geolo­
giya-mineralogiya elmləri namizədi olan Oqtay Rza uzun 
illər elmi və pedaqoji fəaliyyət göstərmiş, 2008-ci ildən  isə 
Azərbaycan  Pedaqoji  Universitetinin  filologiya  fakültə­
sində  Dədə  Qorqud  elmi  tədqiqat  Mərkəzində  böyük 
elmi  işçi  kimi  fəaliyyət  göstərir.  Aşağıdakı  şeir  isə  Oqtay 
Rzanın,  dostu  Zeynəddin  Çələbova  həsr  etdiyi  ürək 
döyüntüləridir.
‘Elbrus Şafumr
3 2 8
Qusar! Qusar!
Necə susar,
Ürək sən tək diyarda 
Talaları naxış-naxış,
Çiçək-çiçək diyarda?
Halal eylə meşələrin 
Havasını, ətirini:
Çeşmələrin özü yazıb 
Şeirimin  ilk sətrini.
Goy yoxuşda bitən  lalə 
Oda, közə bənzəyir,
Axşam yanan çıraqların 
Min-min gözə bənzəyir.
Bir dünyaya dəyişmərəm 
Ləzə kimi yaylağı,
Salam, çoban Salamatın 
Doxsan illik oylağı.
Qusar! Qusar!
Necə susar
Ürək sən tək diyarda -  
Səyyahların vurulduğu,
Zeynəddinin doğulduğu 
Gözəl-göyçək diyarda!
*  *  *

Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin