Bakı 2021 Mündəricat Öz müəlliminin nəzəriyyəsini alt-üst edən tələbə-Nils Bor



Yüklə 1,37 Mb.
səhifə2/10
tarix31.12.2021
ölçüsü1,37 Mb.
#49532
1   2   3   4   5   6   7   8   9   10
Vəfa Hüseynzadə Fizika

Nils Borun atom modeli

Rezervordun atom modelindən çıxış edən Bor Kopenhagenə qayıtdıqdan sonra hidrogen atomunun quruluşuna dair yeni baxışlarını inkişaf etdirdi. Rezervordun köməyi ilə onun "Atom və molekulların quruluşu" adlı elmi işi "Fəlsəfə maqazin" jurnalında dərc olundu. O, bu işində Rezervord, Plank və Eynşteynin ideyalarını yaradıcılıqla birləşdirmişdi. Bu, artıq Borun gələcək dahiliyindən xəbər verirdi.

Bor başa düşürdü ki, atomun quruluşuna dair Rezerford təsəvvürləri ilə klassik elektrodinamikanın müddəaları, müəyyən olunmuş eksperimental nəticələr arasında ziddiyyət mövcuddur. Hidrogen atomu misalında Bor qeyd edirdi ki, nüvə ətrafında hərəkət edən elektronun şüalanması fasiləsiz spektr deyil və deməli, klassik elektrodinamikanın qanunları ilə izah oluna bilmir. Bu qanunlara görə, elektronlar sürətli hərəkət gedişində fasiləsiz olaraq elektromaqnit enerjisi itirə və nəhayət, nüvəyə düşə bilərdilər. Bu ziddiyyəti aradan qaldırmaq üçün Bor klassik elmin müddəalarına deyil, eksperimentin nəticələrinə əsaslanmağa üstünlük verirdi. Bor bununla da bu günə qədər müasir atom fizikasının təməl nəzəriyyələrini özündə birləşdirən, Plankın kvant nəzəriyyəsinə əsaslanan məşhur postulatlarını təqdim etdi. Nəticədə, alim Rezervord təsəvvürləri ilə müqayisədə atomun quruluşuna dair daha düzgün təsəvvür formalaşdıra bildi. On il sonra məşhur fizik Plank qeyd edirdi ki, Borun atomun quruluş nəzəriyyəsinin öz cəsarətliliyi və bütövlüyü ilə fizika elmi tarixində tayı-bərabəri yoxdur. Bor nəzəriyyəsi faktlarla çox gözəl uzlaşırdı ki, bu da nəzəriyyənin başlıca vəzifəsidir. "Sintez incəsənəti" sahəsində hədsiz istedada malik olan Bor eyni zamanda varlığın aydın tərifini vermişdi. Borun dünya şöhrəti qazanmış atom modeli iki tələbə - "kvant şərtləri"nə əsaslanırdı.

Birincisi: elektronlar atomda müəyyən energetik səviyyələrə uyğun "kvant orbitləri" üzrə, şüalanmadan azad olan Kulon qüvvələrinin təsiri altında fırlanırlar. Bu zaman elektronların hərəkəti Plank sabiti və tam ədədlər ardıcıllığı ilə müəyyən olunur.

İkincisi: Elektronlar şüalanmadan azad orbitlər arasında qəfil sıçrayışa bənzər keçidlər, "kvant sıçrayış"ları edirlər. Bu zaman buraxılan işığın dəyişmə tezliyi kvant hərəkətləri ilə tənzimlənir.

Borun işlərinin əhəmiyyətini dərhal qiymətləndirən Rezervord ona Mançester Universitetində mühazirəçi-professor postunu təklif edib. O bu vəzifədə 1914-cü ildən 1916-cı ilə qədər işlədi. 1916-cı ildə Bor Kopenhagen Universitetində onun üçün təsis edilmiş professor postunu tutdu. O, burada atomun quruluşu üzərində işlərini davam etdirirdi. 1922-ci ildə Nils Bor atomun quruluşunun tədqiqi sahəsində xidmətlərinə görə Nobel mükafatı ilə təltif olundu.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin