Bakı 2021 Mündəricat Öz müəlliminin nəzəriyyəsini alt-üst edən tələbə-Nils Bor



Yüklə 1,37 Mb.
səhifə3/10
tarix31.12.2021
ölçüsü1,37 Mb.
#49532
1   2   3   4   5   6   7   8   9   10
Vəfa Hüseynzadə Fizika

Təhlükəli uçuş

1939-cu ildə Nils Bor müəyyən etmişdi ki, uranın adi izotoplarından biri, uran-235 parçalanma materialıdır. Bu isə atom bombasının hazırlanmasına əhəmiyyətli təsir etmişdi. Nils Borun tədqiqatları faşist Almaniyasının o zamankı başçılarını çox maraqlandırırdı. 1943-cü ildə alim belə bir məlumat almışdı ki, nasistlər onu Almaniyaya aparmaq istəyirlər. Ertəsi gün danimarkalı antifaşistlər gecə ilə onu qayıqla gestaponun təqibindən xilas etmək üçün İsveçə qaçırıblar. İsveçdən alim təyyarə ilə İngiltərəyə, oradan isə oğlu Oge ilə birlikdə Amerikaya uçub. "Bu uçuş çox təhlükəli idi. Uçuş zamanı Borun başının ölçüsünə uyğun gələn qulaqcıq tapılmadı, buna görə də o, pilotun oksigen maskasını taxmaq barədə sərnişinlərə müraciətini eşitmədi. Nəticədə, alim huşunu itirmişdi. Yanında olan oğlu atasının vəziyyətini pilota çatdırdıqdan sonra o, təyyarəni atmosferin aşağı qatına endirmişdi", - deyə alimin biblioqrafı D.Frank sonralar yazırdı.

Bor əvvəlcə atom bombasının yaradılmasını texniki cəhətdən qeyri-mümkün hesab etmişdi. Lakin artıq Amerikada atom bombasının yaradılmasına başlanmışdı və bu işdə amerikalı alimlərə Borun köməyi tələb olunurdu. Nils Bor uydurma Beyker soyadı ilə Amerikanın ilk atom bombasının yaradılmasında iştirak etdi. O, atom bombasının hazırlanması prosesində bir sıra texniki ixtiralar etdi və bu layihə üzərində işləyən alimlər arasında ən nüfuzlu və ən yaşlı alim hesab olunurdu. Tezliklə məlum oldu ki, Hitler Almaniyası artıq atom silahı əldə etmək gücündə deyil, Bor Amerikanın atom bombasının tətbiq olunmasının qarşısını almaq üçün bütün nüfuzunu səfərbər etdi. Müharibədən sonra Boru gələcəkdə atom bombasının tətbiqi çox narahat edirdi. O, Amerika prezidenti Franklin Ruzvelt, Böyük Britaniyanın baş naziri Uinston Çörçillə danışıqlar apararaq onları Sovet İttifaqı ilə yeni silah barəsində açıq və səmimi olmağa inandırmağa çağırırdı. Lakin bəşəriyyətin gələcəyindən narahat olan dahi fizik adıçəkilən ölkələrin liderlərini inandıra bilməmişdi. Borun bu səyləri, eləcə də 1944-cü ildə akademik Pyotr Kapitsa tərəfindən Moskvaya səfərə dəvəti onun Sovet İttifaqı xeyrinə casusluqda ittiham olunması ilə nəticələnmişdi. Alim müharibədən sonrakı dövrdə silahlar üzərində nəzarət sisteminin yaradılmasında israr edirdi.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin