Fakultə: Vergi işi Telebe: Əmrahova Tünzalə Qrup:201 Kurs:1 Muəllim: Günəş Salmanova Fənn: Xetti cebr və riyazi analiz Movzu: Matrislər üzərində əməllər
Baki-2022 Matris ədədlərin düzbucaqlı şəklində cədvəlidir. Onun üzərində toplama, vurma, çıxma əməllərini yerinə yetirmək olur. Matrisi adətən latın əlifbasının böyük hərfləri ilə işarə edırlər.Aşağıdakı işarələmələrdən istifadə edirlər:
Bəzən matrisi kimi işarə edirlər. Matrisin elementlərini kiçik hərflə işarə edirlər. Matrisin hər elementinin 2 aşağı indeksi var. I “i” sətrin nömrəsini, II-“j” sütun nömrəsini bildirir. ölçülü matris dedikdə - sətir, - sütun nəzərdə tutulur:
İlk dəfə matris termini “sehrli kvadratlar” adı ilə qədim Çində işlədilmişdir. Bu termin tənliklər sisteminin həlli zamanı işlədilmişdir. Sehrli kvadratlar adlandırılan bu termin sonralar ərəb riyaziyyatçıları tərəfindən işlədilmiş və nəticədə matrislərin toplanması prinsipi irəli sürülmüşdür.
Sonra matris anlayışı XIX əsrin ortalarında Uilyam Hamilton və Artur Kelinin əsərlərində işlədilmişdir. Matris termini anlayışını 1850-ci ildə Ceyms Silvester vermişdir.
Matrisi
şəklində yazırlar.
ölçülü (1) matrisinin sətir və sütunlarinin sayı bərabər olduqda ona kvadrat matris deyilir. Bu halda n ədədinə kvadrat matrisin tərtibi deyilir. Məsələn,
- ikitərtibli matris, - üçtərtibli matris.
Bir elementdən ibarət olan matrisə birtərtibli matris deyilir. Ancaq bir sətri olan matrisə sətir matris
ancaq bir sütunu olan matrisə isə sütun-matris deyilir
Kvadrat matrisin yuxarı sol küncündə yerləşən elementi ilə aşağı sağ küncündəki elementini birləşdirən düz xətt parçası üzərində yerləşən elementləri çoxluğu həminmatrisin baş diaqonalı adlanır. Yalnız baş diaqonal elementləri sıfırdan fərqli olan kvadrat matrisə diaqonal matris deyilir və aşağıdakı kimi yazılır:
Kvadrat matrisinin diaqonal elementlərinin bir tərəfində- ya yuxarıda və yaxud aşağıda duran bütün elementləri sıfır olan matrisə üçbucaq matris deyilir:
və ya
üçbucaq matrislərininbu şəkilllərinə uyğunolaraq, bəzən onu sol(yaxud aşağı)üçbucaq matris və sağ (yaxud yuxarı) üçbucaq matris adlandırırlar.
Bütün elementləri vahidə bərabər olan diaqonal martris vahid matris adlanır və aşağıdakı şərti ödəyir: