Mövzununaktuallığı Cəmiyyətdə baş verən hər bir böyük ictimai əmək bölgüsü istehsalın artmasına, yaradılan əmtəə çeşidlərinin çoxalmasına və mübadilə sferasında kökündən dəyişikliklərə gətirib çıxarmışdır. Beləliklə də, mübadilədə vasitəçi rolu oynayan əmtəələrin təkamülü baş vermişdir. Həqiqətən də, mübadilənin inkişafı sonrakı dəyər formalarının (sadə və ya təsadüfi, tam və yaxud geniş, ümumi və nəhayət, pul formalarının) əvəz edilməsinin uzun tarixi yolunu keçmişdir. Onların hər birini nəzərdən keçirək.