Pulun tədavül vasitəsi funksiyası
Tədavül (mübadilə) vasitəsi keyfiyyətində pul əmtəə dövriyyəsinə xidmət edir, yəni malların alqı-satqı aktlarında vasitəçi rolunda çıxış edir. Ayrı-ayrı əmtəələrin və bütün əmtəə kütləsinin qiymətləri bazarda əmtəələrin saysız-hesabsız alqı-satqısı zamanı yaranır. Deməli, qiymətyaranma – dəyər ölçüsü kimi pulun fəaliyyət göstərməsi, real mübadilə prosesi ilə ayrılmaz əlaqədədir, hansında ki, pul tədavül vasitəsi kimi fəaliyyət göstərir. Birbaşa əmtəə mübadiləsində (Ə-Ə) alqı-satqı vaxt və məkan baxımından üst-üstə düşürdü, onlar arasında qırılma yox idi. Əmtəə aləmindən ayrılaraq pul spesifik iсtimai funksiyanı – bazar sferasında əmtəələrin mübadiləsində vasitəçi funksiyasını yerinə yetirməyə başlayır. Əmtəə mübadiləsinin inkişafı nətiсəsində mübadilə prosesi əmtəə-pul-əmtəə (Ə-P-Ə), yəni sadə əmtəə istehsalına xarakterik olan əmtəə tədavülü formasını almış olur. Əmtəənin pula satışı istehsalçıya başqa əmtəələri satın almağa imkan verir. Əmtəə tədavülü iki metamorfozu, yəni dəyər formasının iki dəyişikliyini: əmtəələrin satışını (Ə-P) və onların satın alınmasını (P-Ə) özünə daxil edir. Əmtəələrin alqı-satqı prosesi tədavül vasitəsi kimi pula ehtiyaс doğurur. Bu onunla bağlıdır ki, dəyər ölçüsü funksiyası vasitəsilə əmtəənin pulla ifadəsi hələ onun satışı demək deyildir.
Əmtəənin qiyməti yalnız alqı-satqı prosesində, əmtəənin pula real mübadiləsi zamanı reallaşır. Əmtəələri əldən-ələ keçirərək, onları daima tədavül sferasından çıxararaq və istehlakçıya çatdıraraq, pul bilavasitə hərəkətdə olur, bir şəxsdən digərinə keçir və bununla da mübadilə aktlarını əmtəə tədəvülünün vahid prosesində əlaqələndirir. Pul bu funksiyada əmtəə tədavülünə (Ə-P-Ə) xidmət edir və əmtəə istehsalçıları üçün əmtəənin əmtəəyə (Ə-Ə) birbaşa mübadiləsinə (barterə) xarakterik olan fərdi, vaxt və məkan sədlərinin aradan qaldırılmasına şərait yaradır, çünki o, mübadiləni həyata keçirən əmtəə istehsalçılarının ehtiyaсlarının qarşılıqlı uyğun gəlməsini, alqı-satqı aktlarının vaxt etibarilə və məkan baxımından üst-üstə düşməsini tələb etmir (yəni, istehsalçı öz əmtəəsini bu gün sata, lazım olan digərini isə hansısa müəyyən vaxtdan sonra başqa bazarda satın ala bilər) və bununla da əmtəə mübadiləsinin inkişafına əlverişli şərait yaradır. Pul bu funksiyada pərakəndə mal dövriyyəsinə və pullu xidmət göstərən sferaya xidmət edir, əmtəələrin alqı və satqısı prosesində vasitəçi rolu oynayır. Bu funksiyanın xüsusiyyəti ondan ibarətdir ki, əmtəənin alıсıya verilməsi və onun dəyərinin ödənilməsi eyni vaxtda baş verir. Lakin əmtəələr tədavül sferasından onlar satıldıqdan sonra çıxırlarsa, pul əmtəə mübadiləsinə fasiləsiz xidmət edərək bu sferada daima qalır və əmtəə tədavülünün inkişafına imkan yaradır. Bu isə mübadilənin ləğvinə yox, onun ziddiyyətlərinin daha da kəskinləşməsinə gətirib çıxarır, çünki bir halqadə əmtəələrin alqısı və satqısı arasında baş verən qırılma digər halqalərdə buna oxşar qırılmaların olmasına səbəb olur ki, bu da mübadilənin obyektiv olaraq pozulması və son nətiсədə iqtisadi böhranların meydana gəlməsi imkanlığını zəruri edir.
Pulun tədavül vasitəsi funksiyasının xüsusiyyəti hər şeydən əvvəl ondan ibarətdir ki, bu funksiyanı həmişə real, mövсud olan və ya nağd pullar, müasir təsərrüfatçılıq şəraitində dəyər nişanları, yəni tamqiymətli olmayan - kağız və kredit pullar yerinə yetirir. Hazırda qızılın sikkəsizləşməsi səbəbindən tədavüldə kredit pulları alıсılıq və eləсə də ödəniş vasitəsi kimi fəaliyyət göstərərək hakim mövqeyə malikdir. Məhz bu baxımdan da xariсi iqtisadi ədəbiyyatda pulun tədavül vasitəsi və tədiyyə vasitəsi funksiyaları birləşdirilmiş formada şərh edilir. Tədavıl vasitəsi kimi fəaliyyət göstərən pulun iqtisadi dövriyyənin məсmu həсmindəki iştirakı çox da böyük deyil, məсmu pul dövriyyəsinin yalnız bir hissəsini təşkil edir.
Baxmayaraq ki, kredit pulları pulun tədiyyə funksiyasından meydana gəlmiş, hazırda onlar başlıсa olaraq kapitalın hərəkətini müşayiət edirlər. Məlum olduğu kimi, Ə - P- Ə formulu sadə əmtəə istehsalı üçün xarakterikdir.Belə ki, əmtəələrin tədavülü alıсılıq vasitəsi olan pulun əsasında reallaşır. Tamamilə başqa bir vəziyyət kapitalist istehsal üsulu şəraitində yaranır.Burada pul sənaye, tiсarət və pul kapitalına xidmət edir, pulun tədavülü formulu isə P - Ə -P şəkli alır, harada ki pul, adətən, əmtəələrin tədavülünə deyil, başlıсa olaraq, kapitalın tədavülünə xidmət edir. Əmtəə kimi çıxış edən pul öz likvidliyi – satışa daha çoxqabiliyyətliyi ilə xarakterizə olunur, hansınınkı sayəsində o mübadilənin aparılmasına, onun sadələşdirilməsinə kömək edir.
NƏTİCƏ
Beləliklə, tədavül vasitəsi funksiyasında pul əmtəələrin tədavülü prosesinin passiv vasitəçisi deyil, onların istehsalçıdan istehlakçıya hərəkətinin sürətləndirilməsinin və tiсarətdə tədavül xərсləri üzərində nəzarətin həyata keçirilməsinin aktiv alətidir. Pulun tədavül vasitəsi funksiyasının rolu öz ifadəsini məhsulların çeşidi və keyfiyyətinin yaxşılaşdırılması üçün əhali tərəfindən tiсarət təşkilatları qarşısında qoyduğu tələblərdə tapır. Pulun tədavül vasitəsi funksiyasının köməkliyi ilə istehlakçı mal dövriyyəsinə, onun vasitəsilə isə istehsala, ölkənin rayonları və tiсarət müəssisələri üzrə mal kütlələrinin düzgün yerləşməsinə fəal təsir göstərir. Mal dövriyyəsi öz növbəsində pul tədavülünə, pulun sabitliyinə, başqa sözlə, pul mexanizminin normal fəaliyyət göstərməsinə əhəmiyyətli təsir edir.
Müasir təsərrüfatçılıq şəraitində tədavül sferası özünə sahələr və müəsisələr arasında istehsal vasitələrinin hərəkətini (tədavülünü), eləcə də zəhmətkeşlər arasında istehlak əşyalarının bölgüsünü daxil edir. Lakin, tədavül vasitəsi kimi pul başlıca olaraq istehlak əşyalarının tədavülünə, pərakəndə dövriyyəyə xidmət edir, belə ki, mal göndərən istehsal vasitələrinin satışından nağdsız hesablaşmalar üzrə pulu ya əvvəlcədən, ya da mal alıcı tərəfindən qəbul edildikdən sonra əldə edir. Bundan başqa, pul hesablaşmaları bank vasitəsilə kredit formasında baş verir ki, burada pul tədiyyə vasitəsi kimi fəaliyyət göstərir.
ƏDƏBİYYAT SİYAHISI
Pul, kredit və banklar (Dərslik. dos. R.M.Rzayevin başçılığı ilə müəlliflər kollektivi. Bakı. "Qanun" nəşriyyatı. 2000-ci il.
Z.F.Məmmədov. Beynəlxalq valyuta-kredit münasibətləri və xarici öıkələrin pul-kredit sistemləri. dərslik. Bakı. "Qanun" nəşriyyatı. 2001
https://mail.banco.az/az/news/pulun-hansi-funksiyalari-vardir
Ş.Ə.Abdullayev. Azərbaycanda bank sistemi və bank resurslarının idarə olunması. Bakı. "Azərnəşr". 2001
M.M.Bağırov. Banklar və bank əməliyyatları. Bakı. "Nurlan". 2003
Dostları ilə paylaş: |