Bakı Avrasiya Universiteti
Fənnin adı:_ Əruzun nəzəri əsasları_
Sərbəst işin növünün adı:_yoxlama yazı işi __
Mövzusu:_ Eşqdən canımda bir pünhan mərəz var, ey həkim! _
Təhsilin səviyyəsi: _Bakalavriat__
Təhsilalan:__ Vadim Aydayev Bəhman ___qrup:B02Aze 19/01_
(S.A.A)
Müəllim (sərbəst işin növünün rəhbəri):___Tərlan Quliyev _______
(elmi dərəcə, elmi ad, S.A.A)
Təhvilvermə tarixi:___29.11.2020___
Qiymət: “_”_______
(rəqəm və hərflə)
Bakı 2021
Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!
Pünhan-gizli
Mərəz-dərd
Izhar-aşkar
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!
Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi,
Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!
Gər-əgər
Təşxis-təyin etmək
Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl
Kim, olam bu dərdə artıqraq giriftar, ey həkim!
Tədbiri-bihudə-
Giriftar- düçar
Gör təni-üryan ilə əhvalımı hicran günü,
Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim!
Təni-üryan- çılpaq bədən
Çəkməyincə çareyi-dərdimdə zəhmət bilmədin,
Kim olur dərmani-dərdə-eşq dişvar, ey həkim!
Dişvar- çətin
Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür
Kim, qəbuli-sihhət etməz, böylə bimar, ey həkim!
Rənc- zəhmət
Qəbuli-sihhət-sağlamlığı qəbullanmaq
Bimar- xəstə
Beyt
Eşqin əlindən canımda bir gizli dərd var,ey həkim!
Xalqa gizli olan bu dərdimi əsla aşkar etmə ey həkim!
Beyt
Bir dərdim var ki,çox dərmandan artıq xoşdur,
Məni dərdimlə tək burax,dərman etmə mənə ey həkim!
Beyt
Əgər əlini nəbzimə qoysan,dərdimi təyin etsən,
Bu dərdi əmanət al,hər dərdsizə də aşkar etmə ey həkim!
Beyt
Gəl mənim boş tədbirimə bir kömək et,
Ki bu dərdə daha çox aludə olumey həkim!
Beyt
Ayrılıq günündə çılpaq dərimin əhvalını gör,
Burda qiyamət bərəkəti var ey həkim!
Beyt
Mənim dərdim üçün zəhmət çəkmədikcə bilmədin,
Kim aludə olar eşq dərdinin çətin dərmanına ey həkim!
Beyt .
Zəhmət çəkmə,sağlamlıq ümidini Füzulidən götür
Kim,sağlamlığı qəbul etməz belə xəstə ey həkim!
Dostları ilə paylaş: |