Bakı Avrasiya Universiteti



Yüklə 116,86 Kb.
səhifə3/4
tarix04.10.2023
ölçüsü116,86 Kb.
#152225
1   2   3   4
Sosialogiyanın funksiyaları

2.Praktik funksiya. Sosiologiyanın praktik funksiyası onun idrak funksiyası ilə bilavasitə bağlıdır. Bu funksiya özündə qabaqgörənlik məqamını əks etdirən elmi idrakın öz təbiətindən doğur. Sosiologiya cəmiyyətin, sosial proseslərin mövcud vəziyyətini təhlil etməklə kifayətlənmir, gələcək dəyişmələrin perspektivlərini aydınlaşdırır, həmin perspektivlərin reallaşdınimasına istiqamətlənmiş praktik fəaliyyətə təsir göstərir. Bu elm insanların öz sosial münasibətlərini tərəqqinin obyektiv tələblərinə uyğun olaraq tənzim etməsinə kömək edir. Sosioloji tədqiqatlar nəticəsində hazırlanan tövsiyələr idarəetmə orqanlarının ehtiyaclanm xeyli dərəcədə ödəyir, sosial tərəqqinin sürətlənməsində özünəməxsus rol oynayır. Sosioloji tədqiqatların nəticəsi kimi irəli sürülən praktik tövsiyələr sosial amillərin iki qrupuna aid olur. Birinci qrup obyektiv xarakterli amilləri - insanm həyat fəaliyyəti şərtlərini (siyasi quruluş, sosial struktur, əməyin, məişətin və s. konkret şəraiti, habelə subyektin bu şəraitdə real davranışı), ikinci qrup isə subyektiv xarakterli amilləri - subyektiv məqamları (məqsədlər, niyyətlər, motivlər, maraqlar, sərvət yönümləri, ideoloji təsəvvürlər, ictimai rəy və s.) əhatə edir.
3. ideoloji funksiya. Sosiologiya kütlələrin ideya tərbiyəsi, qeyri-elmi baxışlarla mübarizə vəzifələrini də yerinə yetirir. Sosioloji biliklərə yiyələnmək, müxtəlif səviyyəli nəzəriyyələrlə tanış olmaq, konkret faktlar əsasında real vəziyyəti tam təsəvvür etmək insana imkan verir ki, o, ictimai prosesdə öz yerini, mövqeyini daha dürüst başa düşsün, onun fəallığı daha dolğun sosial məna kəsb etsin. Bu bir həqiqətdir ki, sosioloq maksimum obyektiv və dəqiq informasiya almağa maraqlı olsa da, onun tədqiqatlarının nəticələri hər halda siyasi qiymətdən kənarda qalmır. Mövzunun seçilməsi, tədqiqat problemlərinin qoyulması, nəticələrin şərhi hökmən sosioloq alimin sosial-siyasi mövqelərinin təsirinə məruz qalır, onun siyasi maraqlarından və sərvət yönümlərindən az və ya çox dərəcədə asılı olur. Buraya onu da əlavə etmək lazımdır ki, sosioloqun nəticələri və tövsiyələri bu və ya başqa dərəcədə müxtəlif sosial qruplann siyasi mənafelərinə toxunur, müəyyən ideoloji məna kəsb edir. Sosioloqların ideya-siyasi mövqeləri müxtəlif konsepsiyalar arasında gedən mübarizənin mühüm amillərindən biridir.

Yüklə 116,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin