34. Yanlış fikirləri seçin.
1 - Nitqin sadəliyi onun asan qavranılmasına təsir göstərmir.
2 - Məntiqi vurğu sözdə hecalardan birinin o birinə nisbətən qüvvətli tələffüzüdür.
3 - Monoloji və dialoji nitq formaları mövcuddur.
4 - Orfoqrafik prinsiplərdən biri də fonetik prinsipdir.
A) 1, 2
B) 3, 2, 1
C) 1, 3
D) 2, 1, 3
35. Biri natiqlik sənətinin tələblərinə aid deyil:
A) uzunçuluğa yol vermək
B) mimika və jestlərdən istifadə etməmək
C) auditoriyanın səviyyəsini nəzərə almaq
D) nitqə əvvəlcədən hazırlaşmaq
36. Mədəni nitqə verilən tələbləri ardıcıl düzün.
1 - nitqin düzgünlüyü
2 - nitqin təmizliyi
3 - nitqin yığcamlığı
4 - nitqin aydınlığı
A) 4, 3, 2, 1
B) 2, 1, 3, 4
C) 4, 1, 2, 3
D) 3, 2, 1, 4
37. Nitq mədəniyyətinə aid edilmiş cəhətlərdən biri yanlışdır:
A) Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsidir.
B) Nitq mədəniyyəti nəzəri dilçilik sahəsi olub, hər hansı bir dilin normalarını müəyyənləşdirən təcrübi tədbirlər kompleksidir.
C) Nitq mədəniyyəti normativ qrammatika ilə üslubiyyatın vəhdətindən ibarətdir.
D) Nitq mədəniyyətinin əsas tələblərindən biri nitqin aydınlığı və düzgünlüyüdür.
38. Nitqin aydın olması üçün verilən tələblərdən biri yanlışdır.
A) Materialı sistemləşdirmək
B) Danışılacaq mövzu ilə bağlı material və faktlar toplamaq
C) Adi intonasiyadan istifadə etmək
D) Məntiqi vurğulu sözü nəzərə çarpacaq dərəcədə tələffüz etməyə nail olmaq
39. Nitqin sadəliyi deyəndə nə başa düşülür?
1 - Nitqin asan qavranılması
2 - Yerli şivə ilə danışmaq
3 - Fikri təmiz şəkildə ifadə etmək
4 - Yığcam cümlələrdən istifadə etmək
5 - Fikrin bir neçə dəfə təkrarı.
A) 1, 2
B) 2
C) 4, 5
D)1, 3
40. Biri nitqin zənginliyini təmin edən amil deyil:
1 - Sadəlik
2 - Sinonimlik
3 - Leksik rəngarənglik
4 – İntonasiya
5 - Təkrardan qaçmaq.
A) 1, 2
B) 2, 5
C) 4, 5
D) 2, 3
Dostları ilə paylaş: |