Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ``Azərbaycan dilində içgüzar və akademik kommunikasiya``



Yüklə 17,56 Kb.
səhifə1/6
tarix13.11.2022
ölçüsü17,56 Kb.
#68924
  1   2   3   4   5   6
Nitq Mədəniyyəti 1-kollokivum cavablar


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
Azərbaycan Texniki Universiteti nəzdində
Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci
``Azərbaycan dilində içgüzar və akademik kommunikasiya``
60 s.fənnindən l kollokvium qiymətləndirmə testləri
A-Varintı
1.Bu fikirlərdən hansı səhvdir?
A) Nitqin dəqiqliyi dedikdə üslub baxımından ən uğurlu bədii dil vahidinin işlədilməsi nəzərdə tutulur.
B) Nitq mədəniyyətinin ən mühüm şərti, ədəbi dilin normalarına əməl etməkdir.
C) Nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır.
D)Nitq mədəniyyəti nitqin ortaya çıxması üçün lazım olan ictimai ,psixoloji və fizioloji proseslərin toplusudur.
2. Nitq mədəniyyətinin əsas şərtlərindən biri deyil:
A) Sərbəstlik.
B) Dəqiqlik.
C) Düzgünlük.
D) İfadəlik
3. Nitq haqqında fikirlərdən biri düzgündür:
A) Nitq mədəniyyəti dilçiliyin nəzəri sahəsi sayılır.
B) Nitq mədəniyyətinin konkret predmeti yoxdur.
C) Nitq mədəniyyətinin ən mühüm şərti nitqin ifadəliliyinə əməl etməkdir.
D) Nitqin ifadəliliyi dedikdə fikrin ifadəsi üçün birbaşa tələb olunan sözün, ifadənin və ya cümlənin seçilməsi nəzərdə tutulur.
4. Nitq mədəniyyəti haqqında fikirlərdən biri səhvdir:
A) Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır.
B) Natiqliklə nitq mədəniyyətini eyniləşdirmək olmaz.
C) Hər kəs nitqini tərbiyə edə bilər.
D) Hər kəs natiq ola bilər.
5. Nitqə aid edilə bilməz:
A) Nitqin gözəlliyi normalara formal əməl olunmasında da deyil.
B) Nitq ünsiyyət vasitəsidir.
C) Nitqin məzmunu gözəl olmalı, dinləyənlərin səviyyəsinə uyğun gəlməli, anlaşılmalıdır.
D) Hər kəsin cəmiyyətdə ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti olduğu kimi, ünsiyyət səliqəsi, danışıq mədəniyyəti də olmalıdır.
6. Nitq mədəniyyətinin əsasını nə təşkil edir?
A) jestlərdən istifadə etmək;
B) natiqlik sənətinə yiyələnmək;
C) ədəbi dil normalarına əməl etmək;
D) təbəssümlü, xoş rəftar olmaq.

Yüklə 17,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin