Bakı Dövlət Universiteti Ad: Əhməd Soyad: Heydərov Fakultə: Biologiya İxtisas



Yüklə 33,71 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü33,71 Kb.
#42078
növüYazı
1   2   3   4
SƏRBƏST İŞLƏR

Sərbəst iş No 3


  1. Pedaqogikanın elmi-tədqiqat metodları.

Pedaqogikanın tədqiqat metodlarını izah etməzdən əvvəl biri-biri ilə çox yaxın səsləşən «inctod», «metodika» və «metodologiya» anlayışlarına nəzər salaq.

Metod elmi idrak prosesində tədqiqatçını məlum həqiqatlərdən naməlum biliklərə doğru aparan hərəkətlər, addımlar sistemidir. Metod ümumidir. Hər bir elmin özünün metodları vardır.

Tədqiqatın aparılma texnologiyası, konkret tədqiqat metodlarini konkret obyektə tətbiq etmək metodika adlanır. Metodikanın mahiyyətini öyrənilən obyektlə tətbiq olunan metodun arasındakı əlaqənin üzə çıxarılmasi və nəzərə alınması təşkil edir.

Maddi aləmin dərk olunması prosesində tədqiqatçının rəhbər tutduğu fəlsəfi təlim metodologiya adlanır.) Pedaqogikada metodologiya anlayışı qeyri-müəyyən, çoxmənalı, hətta mübahisəlidir, Bəziləri geniş mənada onu nəzəri və praktiki foaliyyətin prinsip və üsullarının qurulmasının sistemi, habelə o sistem haqqında elm kimi izah edirlər. Digərləri, geniş mənada, onu elmi idrak və dünyanı yenidən qurmaq barədə elm mənasında aydınlaşdırırlar. Müasir ədəbiyyatda elmi idrak metodologiyası elmi tədqiqat fəaliyyətinin quruluşu, formaları və üsulları haqqında təlim kimi anlanılır.

Son onilliklərdə metodologiya əhəmiyyətli dərəcədə inkişaf etmişdir) Metodologiya tədqiqat işlərinin təmin edilməsində əsas amilə çevrilmişdir.

Pedaqogikanın metodologiyası pedaqoji nəzəriyyənin əsaslari və quruluşu, pedaqoji gerçəkliyi əks etdirən biliklərin əldə edilməsinə yanaşma prinsipləri və yolları, habelə belə bilikləri əldə etmək fəaliyyəti, proqramların, məntiqi metodların, tədqiqat işlərinin keyfiyyətinin qiymətləndirilməsi haqqında sistemdir. Demək, pedaqogika elminin metodoloji əsaslarını idrak nəzəriyyəsi, comiyyətin inkişaf qanunauyğunluqları, insan və onun tərbiyəsi, şəxsiyyətin harmonik inkişafı və formalaşması, milli və ümumbəşəri dəyərlər, onların vəhdəti barədə fəlsəfi, psixoloji və pedaqoji nəzeriyyələr, onlara sistemli yanaşma təşkil edir.

Elmi tədqiqatın metodları həmişə idrakın obyekti ilə əlaqədardır. Məlumatın alınma vasitələri öyrənilən predmetin xüsusiyyətinə uyğun gəlməlidir.

(Metod mənbə üzərində tətbiq olunur. Pedaqogika həmin mənbələri öyrənmək üçün özünəməxsus metodlardan istifadə edir. Həmin metodları üç qrupa bölmək olar: empirik, nəzəri və empirik-nəzəri metodlar.

-empirik metod – material toplamağa xidmət edir;

-nəzəri metod -- toplanmış materialı təhlil edərək müəyyən elmi nəticə çıxarmağa xidmət edir;

-empirik-nəzəri metod - əldə edilmiş nəticənin doğru olubolmamasını yoxlamağa xidmət edir.

Əvvəlcə onu qeyd edək ki, tədqiqata bir sıra tələblər verilir. Tədqiqat obyektiv olmalı, tərbiyə prosesi olduğu kimi öyrənilməli, obyektiv qanun və ziddiyyətlər necə varsa, elə də meydana çıxarılmalı, faktlar düzgün toplanılmalı, səbəb və nəticə əlaqələrinin araşdırılmasına ciddi diqqət yetirilməlidir.

Pedaqoji proseslərin bir xüsusiyyəti də, onda südəmər uşaqdan tutmuş bütün yaşdan olanların iştirak etməsidir. Pedaqoji tədqiqat elə planlaşdırılmalı, təşkil olunmalı və keçirilməlidir ki, sinananın sağlamlığına və inkişafına heç bir zərər dəyməsin. Yaxşı olardı ki, onlar müsbət təlim-tərbiyə səmərəsi versinlər. Mənəvi və əxlaqi normalara zidd olan eksperimentlər qadağandır/ Pedaqoji tədqiqatın metodları aşağıdakı kimi müəyyənləşdirilir: 1Tənənəvi pedaqoji metodlar; 2) pedaqoji eksperiment; 3) pedaqoji testləşdirmə; 4) kollektiv hadisələri öyrənmə metodları; 5) kəmiyyət (riyazi) metodları.

Ənənəvi pedaqoji metodlar. Bu metodları ona görə ənənəvi adlandırırıq ki, onlar müasir pedaqogikaya bu elmin yaradıcılarindan irsən keçmişdir. Bu metodlardan Platon və Kvintilian, Komenski və Pestolotsi istifadə etmişlər. Onlardan indi də istifadə olunur. Pedaqoji tədqiqatın ənənəvi metodlarına müşahidə, təcrübənin, ilk mənbələrin, şagird yaradıcılığının öyrənilməsi, məktəb sənədlərinin təhlili, söhbətlər daxildir.

Müşahidə. Bu, təlim-tərbiyə hadisələrini planlı qavramaq prosesidir. Hadisələrin gedişinə qarışmadan onları təbii şəraitdə öyrənməyə müşahidə deyilir.

Müşahidənin bir neçə forması vardır. Tam və seçici müşahidə. Tam müşahidədə proses bütövlükdə əhatə olunur: başlanandan qurtarana qədər. Seçmədə prosesin bu və ya digər cəhətləri öyrənilir. Tədqiqat müşahidəsi üç formada təşkil olunur: 1) hadisələrin gedişinə qarışmadan kənardan izləmək, yəni prosesləri kənardan müşahidə etmək. Bu müşahidə o zaman mükəmməl olur ki, tədqiqatçının iştirakı nə müəllim, nə də şagird tərəfindən hiss edilmir; 2) tədqiqatçı bilavasitə müşahidə aparır, sanki özü dərs deyir; 3) sanki tədqiqatçı sıravi sınanılanların birinə çevrilir.

Pedaqogikada elmi müşahidənin açıq və gizli formaları da mövcuddur.

Pedaqoji tədqiqat metodlarından biri də təcrübənin öyrənilməsidir. Bu metodun köməyi ilə konkret problemin həll edilməsi yolları təhlil olunur və onların yeni tarixi şəraitdə tətbiq edilməsinin məqsədəuyğunluğu barədə düşünülmüş nəticələr çıxarılır.

Müsahibə metodu müxtəlif tədqiqat üsullarının, o cümlədən müşahidə və eksperimentlərin nəticələrini tamamlamağa xidmət edir.

-> Pedaqoji eksperiment. Pedaqoji eksperiment olduqca əlverişli, dəqiq və fəal tədqiqat metodudur. İşin gedişinə müdaxilə edərək, xüsusi şəraitdə təzahür edən hadisələri öyrənməkdən ibarət olan tədqiqat metoduna eksperiment üsulu deyilir. Eksperiment təbii vo laboratoriya adlanan iki növə ayrılır.

Təbii eksperiment onun daha əlverişli növüdür. O, müşahidənin və laborator eksperimentinin qüsurlarını aradan qaldırır, müsbət cəhətlərindən istifadə edir. Təbii eksperiment ilk dəfə rus psixoloqu A.F.Lazurski tərəfindən işlədilmişdir. Bu eksperiment adi, təbii şəraitdə – küçədo, dəhlizdə, futbol meydançasında, sinifdə, dərs zamanı və s. aparılır.

Eksperimental pedaqogika.(«Eksperimental pedaqogika» coroyanı XIX osrin sonu-XX əsrin əvvəllərinda meydana çıxmışdır.Adətən yazırlar ki, pedaqogika cksperimentləri təbiət elmlərindən götürülmüşdür. Çətin ki, bu həqiqətə uyğun olsun. Halbuki, hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Likurg sosial-pedaqoji cksperiment qoyarkən, təbiət elmlərində bu heç yada da salınmırdı.

Laborator eksperiment isə xüsusi laboratoriyada aparılır və xüsusi cihazlardan istifadə edərək qarşıya qoyulan məsələ öyrənilir. Laborator eksperimentin böyük üstünlükləri vardır. Bu üsul vasitəsilə şagirdlərin inkişaf xüsusiyyətlərini tədqiq etmək mümkündür.

Tədqiqatın məqsədindən asılı olaraq eksperimentin müəyyənləşdirici, yoxlayıcı, dəyişdirici, çarpazlaşdırıcı növlərinin olduğu göstərilir.

Müəyyənləşdirici eksperiment tədqiqat aparılacaq sinifdə vəziyyətin, şəraitin necəliyini üzə çıxarmaq, müəyyənləşdirici eksperiment mövcud pedaqoji hadisələri öyrənən, yəni eksperiment qoyulan sinifdə vəziyyəti aydınlaşdırmaq məqsədi güden metoddur.

Yoxlayıcı, dəqiqləşdirici eksperiment problemi dərk etmək prosesində yaradılmış fərziyyəni yoxlamaq üçündür.

Yaradıcı, dəyişdirici və formalaşdırıcı eksperimentdə yeni pedaqoji hadisələr yaradılır.

Mümkün olan amillərin eksperimentə təsirini aradan qaldırmaq və alınan nəticənin tam obyektivliyini təmin etmək məqsədilə çarpazlaşan eksperimentdən istifadə edilir. Burada paralel sinifdə və ya məktəblərdə tətbiq olunan iş tərzlərinin yerləri dəyişdirilir və eksperiment davam etdirilir.'

Pedaqoji tədqiqat metodları sistemində testləşdirmə xüsusi yer tutur. Test sözü ingiliscə təcrübə, sınaq deməkdir. Testləşmə üsulu yeni deyil. Ondan hələ XIX əsrin 80-90-cı illərində insanlar arasında fərdi fərqləri öyrənmək üçün istifadə olunmuşdu. Bu da sınaq eksperimentinin – testin köməyi ilə tədqiqat metodunun meydana çıxmasına sebeb olmuşdu. Bu metoddan A.Dalton, A.Kettel və b. istifadə etmişlər. Bu metodun əsasını B.Anri və A. Bine qoymuşdular. Testin iki forması vardır: müddətsiz və müddətli. Müddətsiz testləşmədə sınananın bütün suallara cavab verməyə vaxtı çatmır. Lakin digərində onların bu imkanları olur.

Kollektiv hadisələri öyrənmə metodları. Tərbiyə, təlim, təhsil prosesi kollektiv xarakter daşıyır. Onların tez-tez tətbiq olunan metodlarından biri də iştirakçıların plan üzrə keçirilən sorğu formasıdır. Sorğu şifahi (intervyu) və ya yazılı (anketləşdirmə) yolu ilə aparıla bilər. Bu anketləşdirmə metodu da adlandırılır.

Tədqiqat üsullarından olan intervyu məxfi xarakter daşımır. O, qarşılıqlı fikir mübadiləsi deyil, hər hansı bir məsələ haqda müəyyən bir şəxsin fikrinin soruşulmasıdır. İntervyu qarşıya qoyulmuş məqsədə uyğun məlumat alınması üçün şifahi yolla sorğu aparmaqdır. Onun aşağıdakı növləri vardır:




Yüklə 33,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin