a) standartlaşdırılmış intervyu. Bu zaman sualların ifadə forması, sualların ardıcıllığı əvvəlcədən müəyyən olunur;
b) standartlaşdırılmamış intervyu. Bu halda ümumi plan əsasında yaranmış vəziyyətdən asılı olaraq müəyyən suallar verilir;
c) yarımstandartlaşdırılmış intervyu. Bu zaman verilmiş zəruri sayılan suallarla bərabər, şəraitdən asılı olaraq yaranan suallar da verilir.
Anketləşdirmə üsulu müəyyən məsələni öyrənmək və ya dəqiqləşdirmək məqsədilə aparılır. Bunun üçün müxtəlif variantli anketlər hazırlana bilər.
İndi pedaqoji tədqiqatda açıq (cavabı müstəqil hazırlamağı tələb edən) və gizli (şagird hazır cavablardan birini seçməli olur), adlı (sınananın soyadı göstərilir) və adsız (ad göstərilmir), tam və qısaldılmış, hazırlıq (giriş) və nəzarət və s. müxtəlif anket formalarından geniş istifadə olunur.
Kollektivdaxili münasibətləri təhlil etməyə imkan verən, qrupları fərqləndirməyi öyrənən metoddan (sosiometrik metod) geniş istifadə olunur. Bu pedaqogika elminə sosiologiyadan keçdiyindən sosioloji metodlar da adlandırılır.
Sosiometriya üsulu qrup və kollektivdə şəxsiyyətlərarası. münasibətləri öyrənmək məqsədilə aparılır. Bu üsuldan ilk dəfə Amerika alimi Ç. Moreno istifadə etmişdir. Sosiometriya üsulundan əsasən sosial pedaqogikada istifadə olunur.
Pedaqoji tədqiqatın metodlarından biri də pedaqoji kəmiyyət metodudur. Bir sıra ədəbiyyatlarda buna riyazi metod da deyilir. Keyfiyyət predmetin ümumi xassəsini, onun necoliyini, kəmiyyot isə onun miqdarını, sayını göstərir.
Pedaqogikada kəmiyyət metodlarından istifadə üçün iki əsas yol vardır: birinci, müşahidə və eksperimentlərin nəticələrini işləmək üçün; ikinci, təlim-tərbiyə prosesini müasirləşdirmək, diaqnozlaşdırmaq, proqnozlaşdırmaq, kompüterləşdirmək üçün istifadə olunur. Məlumdur ki, birinci qrup metodlardan kifayət qədər geniş istifadə olunur. Bu qrupda birinci yeri statistik metod tutur. Bu sahədo qeyd aparmaq (keyfiyyət nəticələrinə görə), sıraya düzmək (alınmış nəticələri ardıcıl göstərmək), cədvəl tərtib etmək (halların və digər göstəricilərin cədvəli) metodları geniş tətbiq olunur.
Modelləşdirmə pedaqoji tədqiqatların kökündən dəyişdirilməsində ən güclü vasitə hesab olunur. Modelləşdirmə yeni pedaqoji modellərin yaradılması və tədqiqi deməkdir.
Bu cəhətdən həmyerlimiz, dünya şöhrətli məşhur Amerika alimi Lütvi Zadənin (Lütvi Ələsgərzadə) qeyri-səlis çoxluqlar haqqında nəzəriyyəsi diqqətəlayiqdir. Amorf (formasiz, şəkilsiz) təsəvvürləri çox olan pedaqogikada bu nəzəriyyədən geniş istifadə etmək olar.
Dostları ilə paylaş: |