Bakı Dövlət Universiteti Ad: Əhməd Soyad: Heydərov Fakultə: Biologiya İxtisas



Yüklə 33,71 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü33,71 Kb.
#42078
növüYazı
1   2   3   4
SƏRBƏST İŞLƏR

Sərbəst iş No 2


  1. İslam dini və mədəniyyətində pedaqoji məsələlər.

İslam dünya mənəvi mədəniyyətinin ən geniş və qiymətli istiqamətlərindən biridir. O, VII əsrin əvvəllərində təşəkkül tapmışdır. Onun başlıca məqsədi ilk növbədə dağınıq və biri-biri ilə düşmənçilik edən bədəvi Ərəb qəbilələrini birləşdirmək və vahid dinliliyə gətirmək idi. İslam dininin banisi Məhəmməd ibn Abdulla (570-632) olmuşdur. O, tarixə Məhəmməd peyğəmbər (s.) kimi daxil olmuşdur. İslam dininin müqəddəs kitab.

«Qurani-Kərim» əsl mənada əvvəldən axıra kimi təlimtərbiyə toplusudur. 114 surə, 6236 ayədən ibarət olan «QuraniKərim»də əxlaq, ailə, kəbin, ər-arvad, valideyn-övlad, övladvalideyn münasibətləri, uşaqların ailədə tərbiyəsi məsələləri şərh olunur. Göstərilir ki, valideynlərin hər ikisi, həm ata, həm də ana uşaqların tərbiyəsində məsuliyyət daşıyırlar. Onlar övladlarına düzgün tərbiyə verməli, onları əsl insan kimi böyütməlidirlər.

İslamda uşağın tərbiyəsi iki mərhələdən keçir. Tədbiri və tətbiqi dövrləri. Tədbiri dövrü uşağın ana bətnindəki müddəti əhatə edir. İslama görə, uşaq ana bətnində olarkən ata-ana münasibətlərini duyur və hiss edir.

Tərbiyənin ikinci - tətbiqi mərhələsi uşağın doğulduğu gündən dünyasını dəyişənə qədərki müddəti əhatə edir. Bu dövrdə insan yaşına, fiziki, əqli və psixoloji xüsusiyyətlərinə uyğun olaraq tərbiyə alıb şəxsiyyət kimi formalaşır və kamilləşir. «QuraniKərim»də uşaqların yaş dövrü də müəyyənləşdirilir. O, yeddiyeddi olmaqla üç dövrə bölünür: Ilkin uşaqlıq (ağalıq, azadlıq), uşaqlıq (tərbiya və ədəb öyrədilən) və erkən gənclik (işləməyə başlamaq). «Qurani-Kərimə görə, insan anadan olandan qəbrə gedənə kimi üç dövrdən: uşaqlıq, cavanlıq və qocalıq dövrlərindən keçir.

İslama görə, tərbiyənin aşağıdakı metodoloji prinsipləri vardır: 1. İnsanın mütləq tərbiyəçisi Allahdır. 2. Tərbiyə şəriət normaları əsasında qurulmalıdır.

3. Tərbiyə konkret obyekti və qayəsi olan məqsədyönlü prosesdir.

4. Tərbiyə tədrici olmalı, tərbiyə olunanların fərdi, yaş və cinsi xüsusiyyətləri nəzərə alınmalıdır.

5. Tərbiyəçinin zəhməti yaradan Allahın dühasının təcəssümüdür.

«Qurani-Kərim»də göstərilir ki, Allah insanı xəlq etmiş, ona bilik və idrak vermiş, bütün varlıqları ona tabe etmişdir ki, o, Yer üzünün şərəfi olsun, onu abadlaşdırsın, yaşayış üçün yararlı hala salsın. Bunun üçünsə o, biliyə yiyələnməli, bilikli olmalıdır.

«Qurani-Kərim»də tərbiyənin əsas üsulları da verilmişdir. Onlardan ən birincisi, peyğəmbərin (s.) nümunəsində tərbiyə olunmaqdır. Bundan başqa, islamda tərbiyənin həvəsləndirmə və qorxutma, keçmişdə olan tarixi hadisələrdən ibrət alma, moizə, öyüd-nəsihət, mübahisə, müqayisəetmə və s. üsulları da göstərilir.

İslam tərbiyəsinin əsasını Məhəmməd peyğəmbərin (s.) kəlamları təşkil edir. Peyğəmbər (s.) öyrədir ki, elm axtarmaq Allah yolunda cihada bərabərdir, elm sorağında yola çıxan adam döyüş meydanlarında mücadilə edənə bənzəyir. Elm sorağında yola çıxan adam yolda ölərsə, şəhid hesab olunur. Elm axtarmaq fəzilətdir, cənnətə aparan yoldur. Elm insana öz işini aydın təsəvvür etmək imkanı verir, ona saleh əməllərin yolunu göstərir, onun qəlbinə elə bir işıq salır ki, haqqı batildən, yaxşını pisdən ayıra bilsin. O buyururdu ki, elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan da, namaz qılmaqdan da, Həccə getməkdən do, Ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstündür. Peyğəmbər (s.) alimləri Yer üzünün çırağı, axirətin nuru hesab edirdi. O, buyururdu ki, kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun.

İslamın təlim-tərbiyə xəzinəsində Həzrət Əlinin (s.) dühasınin özünəməxsus yeri vardır. O, elm, bilik, onlara yiyələnmək barədə orijinal fikirlər söyləmişdir. Peyğəmbər (s.) Həzrət Əlinin elmi zəkasını qiymətləndirərək buyurmuşdu ki, «Mən elmin şahəriyəm, Əli isə qapısıdır...», «Mən hikmət eviyəm, Əli onun qapısıdır...».

Həzrət Əlinin (s.) elm xəzinəsində təlim-tərbiyə barədə fikirleri mühüm yer tutur. Onun oğluna nəsihəti bu baxımdan böyük əhəmiyyətə malikdir. Həzrət Əli (s.) bir məşhur nəsihətində buyururdu ki, «...zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır; ən qorxulu şey özünü bəyənməkdir; nəslin-nəcabətin ən ucası gözəl xasiyyətdir».

İslamda təlim-tərbiyəni verən təhsil müəssisələri-ibtidai və ali məktəblər olmuşdur. İslamda ilk məktəb Məhəmməd peyğəmbər (s) tərəfindən yaradılmışdır. Onun təklifi ilə «Dar-oləqrəm» («əl-əqrəm evi») təsis olunmuşdu. Bu ilk islam tərbiyə məktəbi idi. Sonradan məscidlər nəzdində məktəblər şəbəkəsi genişləndi. Bu məktəblərdə şagirdlər əvvəl «Qurani-Kərim»in qiraətini mənimsəyir, sonra isə onun düzgün yazılışını öyrənirdilər. Bu məktəblərə uşaqlar 6 yaşında gedirdilər. IX əsrin əvvəllərində bu tipli tədris müəssisələri ərəb ədəbiyyatında «məktəb» adlanmağa başladı.

Elm sahələrinin genişlənməsi yeni, daha yüksək tədris müəssisələrinin yaranmasını zəruri edirdi. Yüksək təhsil verən, belə müəssisələrdən biri də mədrəsə (ərəbca-öyrədilən yer) idi. Belə tədris müəssisəsi ilk dəfə X əsrdə Mərkəzi Asiyada yaradılmışdı. XI əsrdə Səlcuqlar dövründə Bağdadda «Nizamiyyə>> (Səlcuq vəziri Nizamiül-mülkün adı ilə) tikilmişdi. Məşhur Azərbaycan alimi Xətib Təbrizi «Nizamiyyə» mədrəsəsinin ilk müəllimlərindən olmuşdur. O, 40 il mədrəsədə ədəbiyyatı tədris etmişdi.

Dünyada ilk universitet hesab olunan «Nizamiyyə» Asiyada təhsilin inkişafına böyük təsir göstərmişdi. Sonralar Bağdadda, Qahirədə mədrəsələrin açılması geniş miqyas almışdı.


Yüklə 33,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin