Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə58/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   54   55   56   57   58   59   60   61   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: dilçilik, morfologiya, sintaksis, söz birləşməsi, ədəbiyyatşünaslıq. 
 
DİLBƏR CAMALİ 
AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu 
BAKI DÖVLƏT UNİVERİSTETİNDƏ TÜRKOLOJİ ARAŞDIRMALAR
Azərbaycan elminin və təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin yaranması görkəmli 
ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan 
parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Bakı Dövlət Universitetinin ilk 
rektoru professor V.İ.Razumovski olmuş, “Bakı Dövlət Universitetinin xəbərləri” (№2, 1922-ci il) adlı 
jurnalda M.Ə.Rəsulzadənin bu yöndəki mübarizəsi haqqında geniş bəhs etmişdir.
Azərbaycanda türkologiyanın yaranması və inkişafında Bakı Dövlət Universitetinin müstəsna 
xidmətləri olmuşdur. BDU-da türkologiya üzrə akademik məktəbin yaranması professor Bəkir Çobanzadənin 
adı ilə bağlı olsa da, Türkologiya kafedrasının yaradılması F.Zeynalovun xidmətləri ilə bağlıdır. Çoxyönlü 
türkoloji araşdırmalar aparan F.Zeynalovun 1957-ci ildə “Türk dillərinin ənənəvi bölgüsü”, 1975-ci ildə 
“Türk dillərinin müqayisəli qrammatikası” (II cild) kitabları nəşr olunmuşdur. 1959-cu ildə isə “Türk 
dillərinin müqayisəli qrammatikası” (I cild), sonralar - 1974-cü ildə və 2008-ci ildə yeni versiyada nəşr 
olunmuşdur. Türkologiyada köməkçi nitq hissələrinin araşdırıcısı kimi də tanınan F.Zeynalov “Müasir türk 
dillərində qoşmalar” (1957), “Müasir türk dillərində ədat və modal sözlər” (1965), ümumi şəkildə isə 
“Müasir türk dillərində köməkçi nitq hissələri” (1981) adlı əsərini yazıb nəşr etdirmişdir. “Türk dillərinin 
müqayisəli qrammatikası” isə dərslik şəklində düşünülmüş və universitetin Filologiya fakültəsində tədris 
olunmuşdur. Alimin “Türkologiyanın əsasları” dərsliyi isə bu sahədə atılmış ən böyüyü addımlardan biri idi.
30 ildən artıq BDU-nun Türkologiya kafedrasına rəhbərlik etmiş akademik T.Hacıyev türkologiyada 
daha çox dil tarixçisi kimi tanınmışdır. Onun Azərbaycan ədəbi dilinin tarixi ilə bağlı araşdırmaları (məsələn, 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin