Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə59/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   55   56   57   58   59   60   61   62   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
43 
“Dədə Qorqud: dilimiz, düşüncəmiz”), həmçinin orta məktəblər üçün yazdığı “Türk dili” (IX sinif, 1994, 
Əsgər Quliyev, Nizami Cəfərovla birgə), “Türk dili” (X-XI siniflər, 1994, Nizami Cəfərovla bigə) adlı dərs-
liklərini qeyd etmək yerinə düşərdi. Onun iki cildlik “Azərbaycan ədəbi dilinin tarixi” (2012) dərsliyi Azər-
baycan dilçiliyində bu sahədə fundamental mənbələrdən biri kimi mütəxəssislərin və tələbələrin stolüstü ki-
tabıdır. Alimin ömrünün son illərində yazdığı “Türklər üçün ortaq ünsiyyət dili” kitabı dövrün tələblərindən 
doğan və müasir türkoloji dilçiliyin aktual probleminə təfsilatı ilə aydınlıq gətirən dəyərli elmi araşdırmadır.
BDU-da Qədim türk yazılı abidələrinin geniş şəkildə araşdırılmasında Əbülfəz Rəcəblinin müstəsna 
xidmətləri olmuş, onun yaradıcılığı və fəaliyyəti Orxon-Yenisey abidələrinin dərindən araşdırılmasına 
köklənmiş və buna böyük uğurla nail olmuşdur. 
Türkologiyanın inkişafında F.Zeynalovun davamçısı kimi M.Novruzovu qeyd etməmək mümkün 
deyil. M.Novruzovun (Qıpçaq) “Türk savaş sənəti”, “Dədə Qorqud dilinin leksikası”, “Türk əlifbaları”, Türk 
dillərində kəmiyyət kateqoriyası” və s. əsərləri türkologiya elminin inkişafında böyük yer tutur. Bu gün də 
Bakı Dövlət Universiteti Azərbaycan türkologiyasının formalaşmasına böyük əhəmiyyət daşıyır, bu sahədə 
əsaslı işlər görülür. Türk dillərinin tarixi, müqayisəli qrammatikasının araşdırılması sahəsində türkologiya 
kafedrasının alim və müəllim heyətinin rolu əvəzsizdir. 
Açar sözlərBakı Dövlət Universiteti, F.Zeynalov, Türk dilləri, türkologiya. 
 
ELNARƏ ƏHMƏDOVA 
Sumqayıt Dövlət Universiteti 
DİLİMİZİN TARİXİNƏ İŞIQ TUTAN ALİM: HADİ MİRZƏZADƏ 
 
Həddindən artıq qısa olan bu ömür kəsiyində alnına yazılmış illəri mənalandıran, ölümündən sonra 
da əbədiyyət qazanan alimlərimiz var. Bunlardan biri də həyatını gərgin işə, elmi və pedaqoji fəaliyyətə həsr 
edən, dilimizin tarixinin qaranlıq səhifələrinə işıq tutan alim Hadi Mirzəzadədir. 
Hadi İsmayıl oğlu Mirzəzadə 1908-ci ildə İçərişəhərdə dünyaya göz açmış, ibtidai və orta təhsilini 
Bakı şəhərində almışdır. 1925-1929-cu illərdə Azərbaycan Darülfünunun (indiki Bakı Dövlət Universiteti) 
Şərq fakültəsinin Dilçilik şöbəsində təhsil almışdır. Bu illər ərzində biliklərini təkmilləşdirən gənc Hadi ərəb 
dilini mükəmməl, fars dilini orta səviyyədə mənimsəmiş, lakin doğma dilinə olan maraq və sevgisi onu məhz 
bu dilin tədqiqinə yönəltmiş, ali məktəbi bitirdikdən sonra Azərbaycan dili üzrə müəllimlik fəaliyyətinə 
başlamışdır. 
1931-ci ildən etibarən Şamaxı və Naxçıvan pedaqoji məktəblərində, Azərbaycan Pedaqoji 
İnstitutunda, Qazax Pedaqoji İnstitutunda, 1950-ci ildən isə S.M.Kirov adına Azərbaycan Dövlət 
Universitetinin Ümumi dilçilik kafedrasının dosenti vəzifəsində çalışmışdır. 
1953-1955-ci illərdə Bolqarıstan hökuməti tərəfindən Sofiya universitetinə dəvət almış, burada 
müasir türk dilini tədris etmiş, hətta həmin universitetdə Türkologiya kafedrasının açılmasının təşəbbüskarı 
olmuşdur. Burda uzun müddət qalıb fəaliyyətini davam etdirməsi üçün təkid edilsə də, ailəsindən və doğma 
yurdundan uzaq qala bilməyən Hadi müəllim bu təklifi qəbul etməmiş, vətənə qayıtmışdır.
Yenidən Azərbaycan Dövlət Universitetində işə başlayan H.Mirzəzadə Filologiya və Şərqşünaslıq 
fakültələrində pedaqoji fəaliyyətiylə yanaşı, ciddi tədqiqatlarla da məşğul olmuşdur. 1947-ci ildə “XIX əsr 
Azərbaycan nəsr dili” mövzusunda namizədlik, 1960-cı ildə isə “Azərbaycan dilinin tarixi morfologiyası” 
mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1961-ci ildə “Ümumi dilçilik kafedrası”nın professoru 
seçilmişdir. Dilçilik elminə “Azərbaycan dilinin tarixi morfologiyası”, “Azərbaycan dilinin tarixi sintaksisi”, 
“Azərbaycan dilinin tarixi qrammatikası”, “C.Cabbarlının dili”, “Cəlil Məmmədquluzadənin dili”, “Əbdüləli 
Narəngin “Müasir Azərbaycan dilinin qrammatikası” kitabı haqqında (resenziya)”, “H.Mehdinin hekayə 
dili”, “M.Füzulinin dili”, “Nizami söz haqqında”, “Osman Sarıvəllinin bədii dili və üslubu haqqında bəzi 
qeydlər”, “Sabirin şeir dili haqqında bəzi qeydlər” və s. kimi dəyərli elmi əsərlər bəxş etmişdir.
Hadi müəllim Azərbaycan dilçiləri arasında ilk və yeganə şəxsdir ki, Kərkük türkmanlarının dilinin 
məhz Azərbaycan dili ilə kök bağlılığını “Kərkükün təməl daşı” adlandırılan Azərbaycan əsilli tədqiqatçı, 
yazıçı, folklorşünas, eyni zamanda vəkil olan Ata Dərzibaşının tərtib etdiyi “Kərkük hoyratıları və maniləri” 
toplusu əsasında sübuta yetirmiş, özündən sonra yazılacaq onlarla elmi tədqiqat işinin təməlini qoymuşdur. 
Hadi Mirzəzadə 1965-ci ildə dünyasını dəyişmişdir. Özündən sonra zəngin irsini yadigar qoyduğu 
davamçıları − dəyərli dilçilər: Fərhad Zeynalov, Samət Əlizadə, Ağamusa Axundov, Tofiq Hacıyev, Firudin 
Cəlilov, Rəhilə Məhərrəmova, Roza Eyvazova və digərləri, eləcə də övladı professor Çimnaz Mirzəzadə 
onun açdığı cığırlardan yollar salıb elmimizə öz töhfələrini vermişlər.  

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin