Bakı Dövlət Universiteti Filologiya fakültəsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə88/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   84   85   86   87   88   89   90   91   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlər: universitet, folklor, dərslik, nəşr, şifahi, metodik tələblər. 
 
NÜŞABƏ SADIXLI 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti 
 
AZƏRBAYCANDA DÜNYA ƏDƏBİYYATININ TƏDQİQİ VƏ TƏDRİSİNİN YARADICISI 
 
1906-cı ildə Naxçıvanda anadan olan Əli Abdulla oğlu Sultanlı böyük və çox şərəfli bir həyat yolu 
keçmişdir. Orta təhsilini Naxçıvanda bitirən Əli, təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlir və burada 
əvvəlcə oğlanlar seminariyasını, sonradan Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. Təhsilini 
müvəffəqiyyətlə başa vurduğu üçün APİ – nin xarici ölkələr ədəbiyyatı kafedrasında müəllim kimi fəaliyyətə 
başlayır.
Cümhuriyyətin ən böyük xidmətlərindən biri də Azərbaycan Dövlət Univeristetinin təsis olunması 
idi. Azərbaycan elm, mədəniyyət xəzinəsi olan bu universitetin ən ilk fakültələrindən biri Filologiya fakültəsi 
oldu. Bu fakültənin də ən ilk kafedralarından biri zaman – zaman təhsilin problemlərindən irəli gələrək 
əvvəlcə “Klassik filologiya” sonradan isə “Xarici ölkələr ədəbiyyatı”, “Qərbi Avropa ölkələri tarixi”, 
“Ümumi filologiya və dünya ədəbiyyatı” ən nəhayət isə “Dünya ədəbiyyatı” kafedrasıdır və Əli Sultanlı bu 
kafedranın ilk azərbaycanlı rəhbəri oldu. Kafedraya rəhbərliyi illərində o, təkcə gözəl alim, istedadlı 
tədqiqatçı deyil, həm də əvəzsiz pedaqoq kimi yaddaşlarda qaldı.
Əli Sultanlı geniş və çox məzmunlu yaradıcılığını bir neçə qrupa bölmək olar. Bunlardan Avropa 
yazıçılarının həyat və yaradıcılıqlarına həsr etdiyi məqalələr “Viktor Hüqo” (1935), “Heynrix Heyne siyasi 
lirik kimi” (1936), “Romen Rollan” (1938), “Puşkin böyük şair kimi” (1949), “Aristofan” (1954), ”Şekspir 
və on ikinci gecə” (1946), “Henrik İbsenin dramaturgiyası” (1956) və s. Demək olar ki, 30-a yaxın olan bu 
yazılar Avropa yazarlarının yaradıcılığını işıqlandıran və onu Azərbaycan oxucusuna tanıdan qiymətli 
əsərlərdir. Böyük alimin yazılarında Azərbaycan oxucusuna hələ XIX əsrdən tanış olan Molyer, Höte 
yaradıcılığına yeni baxışın, orijinal münasibətin şahidi oluruq. 
Əli Sultanlı yaradıcılığının ikinci mövzusu Azərbaycan şair və yazarlarının əsərlərinin tədqiqidir. 
Bura “M.F.Axundovun dramaturgiyası” (1945), “Hadi poeziyası haqqında” (1935), “Ü.Hacıbəyovun 
dramaturgiyası” (1945), “Nizami” (1954), “İlyas Əfəndiyevin Atayevlər ailəsi” (1955), “Abdulla Şaiq” 
(1948) , “M.S.Ordubadi” (1949) və bu qisim əsərləri də təxminən 30-a yaxındır. Bu yazılarında Əli Sultanlı 
Azərbaycan ədəbiyyatının simalarını göstərməklə yanaşı, onların ədəbiyyata gətirdikləri yenilik və 
özəlliklərdən bəhs etmişdir. 
Əli Sultanlı yaradıcılığında əsas yerlərdən birini dərsliklər və dərs vəsaitləri tutur. Bura “7-ci sinif 
üçün dərslik”, “Ali məktəblər üçün ədəbi metodik vasitə”, “Xarici ədəbiyyat (orta əsrlər və intibah dövrü)” 
dərsliyi, “Qədim Yunan tarixinin qısa kursu” və hazırkı dövrdə də tələbələrin sevə-sevə oxuduqları “Antik 
ədəbiyyat müntəxabatı”, “Roma ədəbiyyatı müntəxəbatı”, “Antik ədəbiyyat tarixi”. Dərslikdə alim qədim 
Yunan və Roma ədəbiyyatının ən görkəmli şəxslərinin həyat və yaradıcılıqlarını və bu xalqların həyatında 
baş verən ictimai-siyasi prosesləri mükəmməl və anlaşıqlı bir dildə oxucusuna çatdırmışdır. Ə.Sultanlının 
dərsliklərinin əsas fərqi də budur.
Həm Avropa ədəbiyyatını, həm də Azərbaycan ədəbiyyatını mükəmməl bilməsi bu ədəbiyyatların 
təkcə ayrı-ayrı nümayəndələri haqqında əsərlərin yazılma səbəbi olmadı, eyni zamanda alim bu 
ədəbiyyatların nümayəndələrini ara-sıra qarşılaşdırdı, onların oxşar və fərqli cəhətlərini göstərdi. Bura 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin