Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə86/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   82   83   84   85   86   87   88   89   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 
60 
detallı şəkildə tədqiqata cəlb edir. Cəsarətlə deyə bilərik ki, bu “Şərh”lər bundan sonrakı tədqiqatlar və 
Füzuli dühasının dərki yolunda atılacaq addımlar üçün bir mesaj, gələcəyə bir göndərmədir.
Açar sözlər: Füzuli, əruz, qəzəl, tədqiqat, füzulişünaslıq.  
 
QÜDSİYYƏ QƏMBƏROVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu 
AZƏRBAYCAN-LİTVA ƏDƏBİ ƏLAQƏLƏRİNİN İNKİŞAFINDA PROFESSOR VAQİF 
ARZUMANLININ ELMİ XİDMƏTLƏRİ 
Azərbaycan-Litva ədəbi əlaqələrinin əsası Sovet quruluşunun yürütdüyü xalqlar dostluğu 
ideologiyasından çox-çox əvvəllərə gedib çıxır. Araşdırmaçıların yazdığına görə, bu münasibətlərin təməli 
hələ XIX əsrdən - Azərbaycan-polyak-alman ədəbi əlaqələrindən başlanmışdır. 
Azərbaycan-Litva ədəbi əlaqələrinin öyrənilməsi sahəsində görkəmli tədqiqatçı, professor Vaqif 
Arzumanlının böyük xidmətləri olmuşdur. V.Arzumanlı bu sahədəki elmi fəaliyyətinin təməlini hələ Vilnüs 
Dövlət Universitetinin aspiranturasında təhsil aldığı zamanlardan qoymuşdur. Təsadüfi deyildir ki, alimin bu 
mövzuya həsr etdiyi Azərbaycan-Litva ədəbi əlaqələri aspektində elmi-tədqiqat əsərləri müəyyən fasilələrlə
üç dəfə (1972, 1979, 1990) kitab şəklində nəşr olunmuşdur. 
V.Arzumanlının tədqiqatına istinadən demək olar ki, Azərbaycan-Litva ədəbi əlaqələri barədə ilk 
məlumata A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində rast gəlinir. Ədibin yazdığına görə, 1833-cü ildə 
(hicri 1248-ci il) bir sıra Avropa ölkələri ilə bərabər, Litvada olmuş, təcrübəli dövlət adamları, məşhur 
alimlər və “bilici” sənətkarlarla görüşmüş, “çox qəribə işlər və təəccüblü əsərlər” görmüşdür. 
Bu münasibətlər XX əsrin əvvəllərində görkəmli Azərbaycan yazıçısı Y.V.Çəmənzəminlinin 
simasında da uğurla davam etmişdir. Yazıçı uzun zaman Litva tarixini öyrəndikdən sonra 1919-cu ildə 
“Litva tatarlarının tarixi” adlı kitab nəşr etdirmişdir. 
Litva ədəbiyyatşünası A.Qriskenas isə Azərbaycan-Litva əlaqələrinin intensiv və sistemli fəaliyyətini 
Litva yazıçısı, pedaqoqu və ictimai xadimi V.Krevne-Mitiskeviçusun Bakıdakı elmi-pedaqoji fəaliyyəti 
illərindən başlandığını qeyd etmişdir. 
Ümumiyyətlə, professor V.Arzumanlı bəhs etdiyimiz bu mövzunu üç istiqamətdə araşdırmaya cəlb 
etmişdir: 1) Azərbaycan-Litva ədəbi əlaqələrinin ilk mərhələsi 2) ədəbi əlaqələrin yeni (sovet-Q.Q.) dövrü 3) 
ədəbi əlaqələrin perspektivləri. 
Lakin acı təəssüf hissi ilə vurğulamaq lazım gəlir ki, amansız ölüm Vaqif Arzumanlının bu sahədəki 
neçə-neçə arzusunu yarımçıq qoydu. Azərbaycan ədəbiyyatını Litvada və eləcə də Latviya, Estoniya və 
Ukraynada qarşılıqlı təbliğ edən alimin bir tələbəsi kimi, unudulmaz müəllimimizin nurlu xatirəsinə dərin 
ehtiramla bu yazını qələmə almağı özümüzə mənəvi borc bildik.
Açar sözlər: Azərbaycan-Litva, ədəbi əlaqələr, professor Vaqif Arzumanlı, V.Krevne-Mitskeviçus, 
Azərbaycan-rus-polyak-alman ədəbi əlaqələri.   
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin